“Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış“ mövzusunda respublika konfransı keçirilib Yenilənib
Tarix: 10.11.2016 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


Əli Həsənov: “Gənclik bütün səviyyələrdə Azərbaycan dövlətini təmsil etməyə hazırdır”

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış" mövzusunda respublika konfransı keçirilib.
 Gənclər və idman naziri İntiqam Babayev tədbirin Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə həsr olunduğunu bildirib.
 Müstəqilliyin qorunmasında və dövlət quruculuğunda gənclərin rolundan danışan Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, 1990-cı illərin gəncliyi ilə bugünün gəncliyi arasında böyük fərq var: "Heydər Əliyev hakimiyyətə gələnə qədər gənclik müəyyən şəxslərin girovuna çevrilib, onların hakimiyyət uğrunda ambisiyalarının iştirakçısına çevrilib. O dövrdə hakimiyyətlə cəmiyyət qarşıdurmasının təməlində də gənclik dururdu. Həmin gənclik müstəqil dövlət quruculuğunda ciddi maneəyə çevrilmişdi. 1993-cü ilin avqust ayında Heydər Əliyev parlamentdə gəncliklə görüş keçirdi, gənclərin dövlət quruculuğunda rolu müzakirə edildi. Heydər Əliyev prezident seçiləndən sonra  ilk addımlardan biri kimi Gənclər və İdman Nazirliyini yaratdı. Gənclər siyasəti prioritet siyasətə çevrildi. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev hələ 1995-ci ildə gənclərin Birinci Forumunda çıxışında demişdi ki, ellə bir gənclik yetişdirməliyik ki, sabah estafeti bizdən qəbul etməyə hazır olsun. Vətənpərvər gənc nəsil yetişib. Vətənpərvər nəsil olmasa, uğurlardan danışmaq olmaz. Tək vətənpərvər olmaqla biz uğur qazana bilmərik. Gənclər elmli, təhsilli olmalı, dünyada inkişafın ən yaxşı nümunələrini, texnologiyaları Azərbaycana gətirməlidir. Gənclik bütün səviyyələrdə Azərbaycan dövlətini təmsil etməyə hazırdır. Diplomatik korpusun tərkibinə, transmilli şirkətlərdə çalışanlara baxsaq, onların əksəriyyəti gənclərimizdir. Gənc nəsillə yaşlı nəsil çiyin-çiyinə çalışır. Nazirliklərdə müavinlərin, şöbə müdirlərin əksəriyyəti gənclərdir, yaşlı nəsillə birgə çalışmaqla formalaşıblar. Prezident İlham Əliyev Heydər Əliyev siyasətini həyata keçirərək siz gənclərin timsalında Azərbaycanın uğurlu gəncliyini yetişdirib. Bu gəncliyə baxanda gələcəyimizə nikbinliklə yanaşırıq”.
 
Gənclər və idman naziri Azad Rəhimov gənc idmançıların ötən dövr ərzində 8560 medal əldə etdiyini nəzərə çatdırıb. Azərbaycanda keçirilən idman tədbirlərindən danışan A. Rəhimov xatırladıb ki, gələn il Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək: "Gənclərimizin hər biri bayrağımızı yüksəltməyə hazır olmalıdır".
 
Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov ölkədə həyata keçirilən gənclər siyasətindən söz açıb. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev isə Azərbaycanın 25 il ərzində tarix yazdığını söyləyib: "2011-ci ildə yaradılan Gənclər Fondu bu günə qədər gənclər təşkilatı və gənclərin 3341 layihəsini dəstəkləyib. Azərbaycan Gənclər Fondu dünyada unikal qurumlardan biridir ki, birbaşa gənclərin layihələrinə dəstək verir. 16-29 yaşlı hər bir gənc bu imkanlardan yararlana bilir. Gənclər Fondu gənclərin beynəlxalq tədbirlərdə iştirakı ilə bağlı səfər qrantları də təqdim edir. İndiyə qədər bu sahədə 502 müraciətdən 269-u dəstəkləyib”.
 Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli xatırladıb ki, bu il aprel döyüşlərində Azərbaycan gəncliyi torpaqların azadlığı uğrunda son damla qanına qədər döyüşməyə hazır olduğunu sübut edib: "İndiki gənclərimiz həm də Xocalı soyqırımını dünyaya tanıdır". 
 Olimpiya çempionu Namiq Abdullayev müstəqillik illərində idmançıların qazandıqları uğurlardan, idmançılara yaradılan şəraitdən danışıb: "Azərbaycanda keçirilən möhtəşəm idman yarışları idman ölkəsi olmaqla yanaşı, multikulturalizm ənənələrini də göstərir".
 Tədbir çıxışlarla davam edib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info