DİA- nın “Politoloqlar Klubunun” ilk tədbiri keçirilib
Tarix: 10.11.2016 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan qloballaşan dünyada” adlı tədbir keçirilib. Tələbələrin təşəbbüsü ilə fəaliyyətə başlayan “Politoloqlar Klubu”nun ilk qonağı olan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi Natiq Əliyev və Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov müxtəlif mövzularda gənclərlə fikir mübadiləsi aparıblar. N. Əliyev öz çıxışında bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət konsepsiyamız bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və zənginləşdirilir. Azərbaycanın daxili və xarici siyasətindən, qonşu ölkələrlə münasibətindən, ölkəmizin beynəlxalq arenada mövqeyindən danışan R. Musabəyov hazırda dünya geosiyasi məkanında dövlətimizin əhəmiyyətli rol oynadığını vurğulayıb. Tədbirin gedişində qonaqlar tələbələrin suallarını cavablandırıblar. Yeni yaranan kluba və tələbələrə uğurlar arzu edən qonaqlar onlarla görüşdən məmnunluq duyduqlarını bildiriblər. Tədbir iştirakçıları sonda xatirə şəkli çəkdiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info