“Hər evdə bayraq olsun!” aksiyası keçirilib
Tarix: 10.11.2016 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Bakı Nəqliyyat Agentliyi və “ASAN Könüllüləri” “Hər evdə bayraq olsun!” aksiyası keçirib.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.
O bildirib ki, paytaxtın nəqliyyat sisteminin və infrastrukturunun inkişafı, sərnişindaşıma xidmətinin müasir tələblərə uyğun təşkili istiqamətində mühüm tədbirlər həyata keçirən Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi əsas məsələlərdən biri də vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində milli mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliğidir.
Dövlət Bayrağı Gününün digər bayramlar içərisində xüsusi ictimai-siyasi əhəmiyyət daşıdığını, bayrağımızın dövlətimizin və xalqımızın varlığının əsas meyarı olduğunu bir daha cəmiyyətə çatdırmaq məqsədilə Bakı Nəqliyyat Agentliyi hər kəs tərəfindən böyük rəğbət və maraqla qarşılanan bu ənənəni əlamətdar gündə də davam etdirir. Ənənəyə uyğun olaraq 9 noyabr - Dövlət Bayrağı Günü paytaxtın inzibati ərazisində sərnişindaşımada istifadə edilən bütün avtobuslar dövlət bayrağı ilə bəzədilib. Həmçinin avtobus dayanacaqlarındakı monitorlarda və yollardakı elektron informasiya tablolarında vətənpərvərlik mövzusunda, milli mənəvi dəyərlərimizi, dövlətçilik ənənələrimizi tərənnüm edən şüar və təbrik mesajları yazılıb.“Bununla yanaşı Dövlət Bayrağı Günü şəhər sakinlərində xoş ovqat yaratmaq üçün xüsusi aksiya da təşkil edilib. Aksiya çərçivəsində Bakı Nəqliyyat Agentliyinin əməkdaşları “ASAN Könüllüləri” ilə birgə ictimai nəqliyyatda sərnişinlərə “Hər evə bir bayraq” devizi altında dövlət bayrağı hədiyyə ediblər. Eyni zamanda “Avtoradio 107.7 FM” dalğasında sakinlər üçün gün boyu vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib”, - deyə M.Ağayev vurğulayıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info