İspaniya Senatının prezidenti: “Azərbaycanla İspaniya əlaqələrinin inkişaf etdirilməsi zəruridir”
Tarix: 10.11.2016 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


İspaniyanın Madrid və Mursiya şəhərlərində keçirilən “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusundakı konfranslarda iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti bu ölkədə səfərdədir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın İspaniya Krallığındakı səfirliyinin və İspaniyanın Mursiya Katolik Universitetinin birgə təşkil etdiyi tədbirlərdə Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, həmçinin ənənəvi dini konfessiya başçıları – Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı dağ yəhudiləri dini icmasının başçısı Milix Yevdayev və Bakıdakı katolik icmasının ordinarisi Vladimir Fekete iştirak edirlər.
Səfərin ilk günündə Azərbaycan nümayəndə heyəti İspaniya Senatında olub, Senatın prezidenti Pio Qarsia Eskudero ilə görüşüb.
K.Abdullayev Azərbaycanla İspaniya arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq, bu səfərin reallaşmasından məmnunluğunu ifadə edib. O qeyd edib ki, qədim və dərin tarixi ənənələrə malik iki ölkənin münasibətlərinin bütün sferaları əhatə etməsi gələcəkdə xalqlarımızı daha da yaxınlaşdıracaq. Bu baxımdan mədəni, dini və digər humanitar sahələr üzrə qarşılıqlı səfərlərin əhəmiyyəti böyükdür. K.Abdullayev görüş iştirakçıları adından İspaniya Senatının prezidenti Pio Qarsia Eskuderonu Azərbaycana səfərə dəvət edib.
İspaniya Senatının rəhbəri görüşdən məmnunluğunu ifadə edərək iki ölkəni birləşdirən dəyərlərin oxşar olduğunu vurğulayıb. O, ümumi maraqlar əsasında əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini önə çəkib. Ölkəsinin dinlərarası əməkdaşlığa böyük önəm verdiyini söyləyən Pio Qarsia Eskudero böyük ənənələrə malik İspaniya üçün bu səfərin verəcəyi töhfənin əhəmiyyətini vurğulayıb.
Görüşdə İspaniya Senatının başçısına məlumat verilib ki, Bakıda katolik kilsəsi inşa olunub, həmçinin iki papa - II İoann Pavel və Fransisk ölkəmizdə səfərdə olub. Bunun özü də Azərbaycandakı dini tolerantlığın bariz nümunəsidir. Səmimi şəraitdə keçən görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub. Sonra Azərbaycan nümayəndə heyəti İspaniya Senatının binası, burada yerləşən qədim və zəngin kitabxana tanış olub.
Daha sonra nümayəndə heyətinin üzvləri İspaniyanın Təhsil, Mədəniyyət və İdman Nazirliyində olublar. Burada Azərbaycan nümayəndə heyəti nazir müavini Fernando Venzo Saynz və nazirliyin universitetlər üzrə katibliyinin rəhbəri Xorxe Saynz Qonzales ilə görüşüb.
K.Abdullayev İspaniya tərəfini yeni hökumət qurulması münasibətilə təbrik edib. Bildirilib ki, Prezident İlham Əliyevin uğurlu siyasi kursu nəticəsində Azərbaycanda müxtəlif millətlərə və dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu baxımdan İspaniya ilə Azərbaycanı birləşdirən oxşar cəhətlər çoxdur. Məhz bu kursun davamı olaraq 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bu il çərçivəsində ölkəmiz bir sıra mötəbər tədbirlərə ev sahibliyi edib.
İspaniyanın təhsil, mədəniyyət və idman nazirinin müavini F.V.Saynz bu tərkibdə nümayəndə heyəti ilə görüşdən çox məmnun olduqlarını deyib. Azərbaycanda müxtəlif dinlərə mənsub insanların sülh şəraitində yaşamasının onlarda xüsusi maraq doğurduğunu deyən nazir müavini iştirak etdiyi dini mövzulu konfranslarda bu baxımdan Azərbaycanın adının həmişə çəkildiyini vurğulayıb. İspaniyada təhsil sisteminə toxunan F.V.Saynz ölkəsinin bütün bölgələrində təhsil səviyyəsinin eyni olduğunu söyləyib. O vurğulayıb ki, təhsil müəssisələrində oxuyanların dini və milli mənsubiyyətindən asılı olmayaraq, təlqin olunan əsas fikir mənəvi dəyərlərin qorunmasıdır. Hazırda İspaniyada bu baxımdan müzakirə olunan əsas məsələ orta məktəblərdə dinin məcburi fənn kimi tədrisinin önəmini aydınlaşdırmaqdır. Əsas məqsəd orta təhsildə dinin tədrisini istəyən və istəməyənlər arasında ortaq məxrəcə gəlməkdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. Təklif olunub ki, Azərbaycandakı orta məktəblərdə ispan dilinin, İspaniyadakı ali məktəblərdə isə multikulturalizm fənninin keçirilməsi məsələləri ətrafında iş aparılsın. Azərbaycan hökumətinin universitetlərdə tədris etdiyi multikulturalizm fənni dünyanın 20-ə yaxın ölkəsində tədris proqramına salınıb. Həmçinin ölkələrimizin universitetləri arasında tələbə və müəllim mübadiləsi də əsas müzakirə mövzularından olub. Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info