“Cinayət məcəlləsində dekriminallaşdırma ilə bağlı bir sıra dəyişikliklər edilib”
Tarix: 10.11.2016 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


İstintaqa nəzarətin gücləndirilməsi, cinayət işləri üzrə vahid statistik elektron uçot bazasının formalaşdırılması məqsədilə Vergilər Nazirliyi tərəfindən elektron cinayət işinin tətbiqinə başlanıb.
 
Bunu Vergilər Nazirliyinin Vergi Cinayətlərinin təhlili və vergi borclarının alınması baş idarəsinin rəisi, vergi xidməti müşaviri Zeynalabdin Məmmədzadə deyib.
 
Onun sözlərinə görə, elektron cinayət işinin tətbiqi başa çatdırılmış cinayət işləri üzrə elektron istintaq materiallarının gələcəkdə prokurorluq orqanları vasitəsilə elektron məhkəmə sisteminə qoşulmuş məhkəmə orqanlarına göndərilməsinə xidmət edir.
 
“Cinayət məcəlləsində dekriminallaşdırma ilə bağlı bir sıra dəyişikliklər edilib. Həmin dəyişikliklərə əsasən cinayət məcəlləsinin bəzi maddələri üzrə cinayət tərkibi yaradan dəymiş ziyanın məbləği yuxarı həddə qaldırılıb. Edilmiş bu dəyişiklik vətəndaşların hüquq və mənafelərinin müdafiəsi məqsədi daşıyır. Qanuna edilmiş dəyişiklikdən sonra cinayət tərkibi yaratmayan məbləğlər üzrə cinayət işlərinin icrasına xitam verilib”, - deyə Z. Məmmədzadə qeyd edib.
 
Dəyişikliyə əsasən, 300-ə yaxın cinayət işinin icrasına xitam verilib. 
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info