Beynəlxalq Tələbə Həfətsi ərzində sərgi nümayiş olunacaq
Tarix: 10.11.2016 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


10-17 noyabr Beynəlxalq Tələbə Həftəsi Naxçıvan Dövlət Universitetində müxtəlif səpgili tədbirlərlə ənənəvi şəkildə qeyd olunur. İncəsənət fakültəsində bu münasibətlə təşkil olunmuş rəsm sərgisini Təsviri-incəsənət kafedrasının müdiri, Xalq rəssamı, dosent Hüseynqulu Əliyev açaraq kafedranın müəllim və tələbələrinin sənət uğurlarından, muxtar respublika səviyyəli sərgilərdə mütəmadi təmsil olunmalarından, muxtar respublikada yaradıcı gəncliyə hərtərəfli qayğıdan, onlar üçün geniş yaradıcılıq üfüqləri açılmasından bəhs edib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclər siyasətinin ölkənin gələcək tərəqqisinə hədəfləndiyini bildirib, Beynəlxalq Tələbə Həftəsinin mahiyyətindən danışıb. Rektor, təsviri sənət əsərlərinin bədii-estetik, ideoloji baxımdan mühüm dəyər kəsb etdiyini vurğulayıb, sərgi iştirakçılarına uğurlar arzu edib. Təsviri-incəsənət kafedrasının müəllimi Əzizə Məmmədova sərgidə dekorativ tətbiqi sənət, rəngkarlıq, qrafika növü üzrə 25 əl işinin sərgiləndiyini, mənzərə, plakat, natürmort janrlarında müxtəlif mövzularda əl işləri hazırladıqlarını diqqətə çatdırıb. Sonra sərgiyə baxış olub. Sərgidə Ülvi Əsgərov, Aysel Süleymanova, Fidan İbrahimova, Vüsalə Musayevanın vitraj, mozaika, bədii tikmə növlərində işlədikləri əsərlər, Fəxriyyə Qədimbəyli, Gülnaz Səfərova, Gülüstan İsmayılova, Aynur Əliyeva, Aysel Süleymanova, Araz Həsənzadə və digərlərinin yağlı və sulu boya ilə çəkdikləri rəsm əsərləri xüsusi maraq doğurub. Qeyd edək ki, sərgi Beynəlxalq Tələbə Həftəsi ərzində davam edəcək.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info