Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə “Qanın milliyyəti yoxdur“ adlı qanvermə aksiyası
Tarix: 10.11.2016 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


Moskvada Həydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü ilə "Qanın milliyyəti yoxdur" adlı qanvermə aksiyası keçirilib.
 
Aksiya İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibbi Universitetinin dəstəyi ilə təşkil olunub.
 
Universitetin kliniki transfuziologiya və hematologiya kafedrasında keçirilən aksiyada Azərbaycan, Rusiya, Malayziya, Özbəkistan, Gürcüstan və digər ölkələrdən olan 50-dən çox tələbə iştirak edib.
 
AMOR Nəzarət-Təftiş Komissiyasının üzvü, tibb elmləri namizədi Samir Əliyev aksiyanın əhəmiyyətindən danışaraq bildirib ki, məlum humanitar aksiya həm qana ehtiyacı olanlar, həm də öz sağlamlığı barədə məlumat almaq istəyən insanlar üçün çox vacibdir: "Hər il ənənəvi olaraq "Qanın milliyyəti yoxdur" adlı aksiya adətən Ümumdünya Donorlar Günü - iyunun 14-də keçirilir. Bu il isə qan xəstəliyindən əziyyət çəkənlərin AMOR rəhbərliyinə çoxsaylı xahişləri əsasında aksiyanın noyabr ayında bir daha keçirilməsi qərara alınıb. Təəssüflər olsun ki, qan donoruna ehtiyacı olan xəstələrin əksəriyyəti uşaqlardır".
 
Qeyd edək ki, L. Əliyevanın təşəbbüsü ilə hər il keçirilən "Qanın milliyyəti yoxdur" adlı aksiyada yüzlərlə gənc iştirak edir. Aksiyadan toplanmış vəsait isə xəstə uşaqların müalicəsinə yönləndirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paytaxtın bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq
22.01.2019
Gələcəkdə “BakıKart”ların balansının onlayn artırılması mümkün olacaq
22.01.2019
“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB PULSUZ İnternet!
22.01.2019
Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb
22.01.2019
Mübariz Qurbanlı şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info