Tokio Mərkəzi Asiya uğrunda mübarizədyə qoşulub
Tarix: 11.11.2016 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Yaponiyanın baş naziri Mərkəzi Asiya üzrə 30 milyard dollarlıq fondun yaradılması təklifi ilə çıxış edib

Yaponiya Qazaxıstan iqtisadiyyatına 1,2 milyard dollar sərmayə qoyacaq, Astana isə bunun müqabilində yapon şirkətlərinə öz ərazisində sənaye və xüsusi iqtisadi zonalar vəd edib. Tokioya səfər çərçivəsində ölkə imperatoru Akixito və baş nazir Sindzo Abe ilə görüşən Qazaxıstan prezidenti Nursultan Nazarbayevin səfərini uğurlu hesab etmək olar. Hazırda Çin kimi, Yaponiyanın da maliyyə imkanlarında tənəzzül yaşansa da, Tokio Qazaxıstana sərmayə yatırmağa razılıq verib. Səbəb Yaponiyanın Mərkəzi Asiyada Pekinlə rəqabət aparmasıdır. Qeyd edilməlidir ki, Yaponiya Mərkəzi Asiyadakı möhkəmlənmək istəyi yeni məsələ deyil. Hələ ötən əsrin 90-cı illərində yapon biznesi bu ərazilərə, əsasən Qazaxıstana ayaq açmağa başlamışdı. Bununla yanaşı, yapon korporasiyaları daha çox bu ölkənin neft emalı zavodlarının modernləşdirilməsinə kömək etməklə yanaşı, Qazaxıstanın uran sektorunda çalışırdılar. Bundan başqa, Yaponiya bu ölkədə nüvə elektrik stansiyalarının tikintisində Rusiya ilə rəqabət aparmağa çalışırdı. Lakin bu layihə hazırda Qazaxıstan üçün o qədər də mühüm əhəmiyyət kəsb etməyən layihələr sırasındadır. Bütün bunlarla yanaşı Mərkəzi Asiyada aparıcı güclərin maraqları toqquşur və Tokio bu rəqabətdən kənarda qalmaq istəmir. Region aparıcı güclərin savaş meydanına çevrilib. Burada həm reginal, həm də qlobal oyunçuların maraqları var. Yaponiya regionun siyasi həyatında da mühüm rol oynamağa can atır. Mərkəzi Asiyada ümumi geosiyasi vəziyyət dünya səhnəsində daha çox regional güclər arasında ziddiyyətlərin artması ilə müəyyən edilir. Risk qiymətləndirmə qrupunun direktoru Dosım Satpayevin sözlərinə görə, Yaponiyanın Mərkəzi Asiyadakı fəaliyyəti Rusiya, ABŞ və ya Çin kimi böyük geosiyasi oyunçuların fəaliyyəti ilə də müqayisə edilməməlidir. Onun fikrincə, Yaponiya Çinin dünyanın bir çox regionlarındakı fəaliyyətinə qısqanc münasibət bəsləyir. Əgər, Çinin bu fəaliyyəti Tokionun mövqeyinə hər hansı bir təsir göstərirsə, bu qısqanclıq daha çox özünü biruzə vermiş olur. Pekinin Mərkəzi Asiya siyasəti, regionda fəallığı Tokionu da bu ərazilərdə güclənməyə vadar edir. Təsadüfi deyil ki, Yaponiyanın baş naziri Sindzo Abe Mərkəzi Asiya üzrə 30 milyard dollarlıq fondun yaradılması təklifi ilə çıxış edib. Ötən il bu regiona səfər edən yaponiyalı baş nazir Mərkəzi Asiyanın Yaponiya üçün iqtisadi layihələr baxımından mühüm maraq kəsb etdiyini dilə gətirmişdi. Bütün bunlara münasibət bildirən Dosım Satpayevin sözlərinə görə, Yaponiya digər ölkələrdən fərqli olaraq, birbaşa iqtisadi fayda verə biləcək layihələrin həyata keçirilməsi üçün çalışır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info