“Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq davam edəcək”
Tarix: 11.11.2016 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


“Amerika xalqı öz seçimini etdi və Donald Trampı Prezident seçdi. Bu, Amerika xalqının seçimidir və bu seçimə dünya birliyinin bütün üzvləri kimi, Azərbaycan da hörmətlə yanaşır və Trampla əməkdaşlığa ümid edir. Azərbaycan Prezidenti İlham Əliyev də Donald Trampa prezident seçilməsi ilə əlaqədar təbrik məktubu ünvanladı”.
Bu fikri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə müsahibəsində deyib. Prezidentin köməkçisi bildirib ki, Azərbaycan ilə ABŞ arasında çox səmərəli əməkdaşlıq sahələri var. Bunların sırasına enerji sahəsində beynəlxalq əməkdaşlığı, regional və beynəlxalq nəqliyyat, kommunikasiya sahəsində əməkdaşlığı aid etmək olar. Uğurlu əməkdaşlıq sahələrindən biri də təhlükəsizliyin təmin olunmasıdır: “Biz neçə ildir ki, Amerika Birləşmiş Ştatları ilə birlikdə dünyada sülhyaratma proseslərində iştirak edirik. Azərbaycan əsgərləri ABŞ əsgərləri ilə çiyin-çiyinə Avropada və dünyanın digər qaynar nöqtələrində sülhyaratma prosesində iştirak edirlər. Digər sahələri də qeyd etmək olar. Bu sahələrdə əməkdaşlıq davam edəcək. Ancaq bizim ən böyük gözləntimiz, - bu, Prezident İlham Əliyevin məktubunda da qeyd olunub, - Amerika Birləşmiş Ştatlarının Minsk qrupunda öz fəaliyyətini daha da fəallaşdırması, dinamikləşdirməsidir. Düşünürük ki, nəhayət Donald Trampın rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və onun Minsk qrupundakı fəaliyyəti bir az da fəallaşacaq və neçə illərdir həllini gözləyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq, bu prosesdə mövcud status-kvo aradan qalxacaq və prosesə bir dinamizm gələcək”. Əli Həsənov vurğulayıb ki, Azərbaycan ilə ABŞ arasında digər sahələr üzrə də əməkdaşlıq davam və inkişaf edəcək.
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info