Uno Mas Uno və El Dia qəzetlərində “Metsamor insanlıq üçün təhlükədir” başlıqlı məqalə
Tarix: 11.11.2016 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin müvəqqəti işlər vəkili Mehriban Səmədovanın müəllifliyi ilə Meksikanın geniş oxucu kütləsinə malik olan Uno Mas Uno və El Dia qəzetlərində “Metsamor insanlıq üçün təhlükədir” başlıqlı məqalə dərc olunub. Səfirlikdən Trend-ə verilən məlumata görə, məqalə eyni zamanda facebook, twitter və digər sosial şəbəkələrdə dörd milyon iki yüz min nəfərdən artıq izləyicisi olan 20 məşhur jurnalist tərəfindən də paylaşılıb.
Məqalədə M.Səmədova son dövrlər bəşəriyyət üçün yaranmış ciddi təhlükələr haqqında müxtəlif səviyyələrdə danışıldığını və müxtəlif peşə sahibləri tərəfindən məsələnin mühüm aspektlərinin geniş təhlil edildiyini və bütün bunların fonunda dünyanı gözləyən qlobal təhdidlər üzərində düşünmək ehtiyacının yarandığı qənaəti barədə öz fikirlərini bölüşüb. O, bu gün dövrümüzün ən böyük problemlərindən biri olan nüvə təhlükəsizliyindən bəhs edərək atom energetikasının inkişafının bəşəriyyət üçün faydalı olmaqla yanaşı bu enerji növü ilə ehtiyatsız davranma, ondan qərəzli istifadə və nəzarətsizlik kimi halların çoxsaylı tələfatlara səbəb ola bilməsindən danışıb.
Buna misal olaraq “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyəti barədə danışan M.Səmədova, 1994-cü ildə qəbul olunmuş, Ermənistanın da qoşulduğu “Nüvə təhlükəsizliyi haqqında” Konvensiyanın 14-cü maddəsində iştirakçı dövlətlərin nüvə qurğuları istismara verilməzdən öncə və istismar dövründə qurğunun təhlükəsizliyinin hərtərəfli qiymətləndirilməsinin nəticələri, radiasiya təhlükəsizliyi normativlərinin vəziyyəti barədə hesabatları təqdim etməli olduqları barədə təsbit olunmuş öhdəliklərə imza atdıqlarını bildirib. Buna baxmayaraq, Ermənistan Hökumətinin bu tələblərə riayət etməkdən boyun qaçıraraq uzun illər ərzində mənəvi və fiziki aşınmaya məruz qalmış bu ölümsaçan obyektin istismarını davam etdirdiyini qeyd edən Səmədova bu gün dünyanın tanınmış nəşrlərində Metsamor AES haqqında çoxlu sayda analitik yazılar dərc olunduğundan bəhs edib. Sonra o, seysmik aktiv ərazidə Çernobılla oxşar köhnə Sovet texnologiyası ilə 1976-cı ildə inşa olunmuş və qəza zamanı radiasiya sızmalarının qarşısını almaq üçün güvənli soyutma mexanizmi və ya qoruyucu konstruksiyaları olmayan bu obyektin National Geographic tərəfindən "Dünyanın ən təhlükəli nüvə stansiyası” adlandırıldığını qeyd etməyin kifayət olduğunu vurğulayıb.
Eyni zamanda, Ermənistandakı mövcud durumun nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar qrupların regiona diqqətini artırdığını və bu ölkənin dənizə birbaşa çıxışı olmadığı üçün həmin qüvvələrin öz çirkin məqsədləri üçün qonşu Gürcüstan Respublikasının ərazisindən tranzit kimi istifadə etdiklərini diqqətə çatdıran M.Səmədova cinayətkarlar yaxalanaraq Ermənistana təhvil verilən zaman əksər hallarda onlar haqqında heç bir tədbir görülmədiyi, cəzasızlığın isə insanlıq əleyhinə yeni cinayətlərə şərait yaratdığının təəssüf doğurduğunu qeyd edib.
Məqalədə həmçinin qeyd olunub ki, radioaktiv materialların davamlı qaçaqçılığı çirkli bomba istehsalı riskini də artırır ki, bu da öz növbəsində “İŞİD” kimi terrorist təşkilatların daha qanlı cinayətləri reallaşdırmasına xidmət edir. Beynəlxalq ekspertlərin araşdırmalarının mətbuatda dərc olunmuş nəticələrinə istinad edən müvəqqəti işlər vəkili Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və yeddi ətraf rayonun nəzarətsiz ərazisində Metsamor atom elektrik stansiyasının radioaktiv tullantılarının basdırıldığı radiasiya mərkəzlərinin mövcudluğunu qeyd edərək bu torpaqlarda canlı həyatın gələcək mövcudluğunun şübhə doğurduğunu bildirib. Məqalənin sonunda M.Səmədova qlobal təhlükənin qarşısının alınması üçün bu gün beynəlxalq səviyyədə həyəcan təbili çalınmazsa sabah artıq gec olacağını bildirərək, bu səbəbdən də dünyanın bütün tərəqqipərvər qüvvələrinə insanlığı təhdid edən bu bəladan qurtulmaq üçün haqq səsini ucaltmalı olduğu barədə çağırış edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info