“I Avrasiya Kitab Sərgisi - 2016“ çərçivəsində türkoloq-tərcüməçilər mükafatlandırılıb
Tarix: 11.11.2016 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


Qazaxıstanın paytaxtı Astanada I Avrasiya Kitab Sərgisi çərçivəsində Beynəlxalq Türk Akademiyasının "Türkologiya sahəsində aktual tərcümə məsələləri" adlı beynəlxalq açıq seminarı keçirilib. Tədbirdə türk xalqlarının qədim irsini müasir dillərə çevirən türkoloq-tərcüməçilər mükfatlandırılıb.
Dünyanın bir sıra ölkələrinin iştirak etdiyi "I Avrasiya Kitab Sərgisi - 2016" çərçivəsində Beynəlxalq Türk Akademiyasının (TWESCO) nəşrlərindən ibarət stend nümayiş etdirilib. Stenddə türk xalqlarının maddi-mənəvi irsininin tədqiq olunduğu xeyli sayda kitab yer alıb. Sərginin açılış günündə Qazaxıstanın dövlət katibi Gülşara Abdıxalıkova stendə baxış geçirib və Akademiyanın türk xalqlarının tarixi, mədəniyyətinin tədqiqi sahəsində gördüyü işlərdən xəbərdar olduğunu, bunu yüksək qiymətləndirdiklərini qeyd edib.
Sonra "Türkologiya sahəsində aktual tərcümə məsələləri" adlı beynəlxalq açıq seminarı keçirilib. Akademiya prezidenti Darhan Kıdıralinin moderatorluğu ilə keçirilən toplantıda TÜRKPA-nın baş katibi Jandos Asanov, Azərbaycanın Qazaxıstandakı səfiri Raşad Məmmədov, Macarıstan, Qırğızıstan, Monqolustanın səfir və diplomatları, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası baş katibini müavini Abzal Saparberkulı, türkoloqlar və peşəkar tərcüməçilər iştirak edib. Tədbirdə tanınmış tərcüməçi-alimlərin məruzələri dinlənilib, qədim türk irsinin öyrənilməsində və türk xalqlarının inteqrasiyasında tərcümənin rolu barədə fikir mübadiləsi aparılıb.
Seminar zamanı TWESCO tərəfindən nəşr olunan və türk dünyasında tərcümə sənətinin inkişafına töhfə verən iki elmi nəşrin təqdimatı da keçirilib. Türkologiya sahəsində əhəmiyyətli əsərlərdən sayılan “Qədim Türk Lüğəti” və qırğız alimlərinin hazırladıqları "Altay Respublikasındakı Qədim Türk Yazıları Albomu" oxuculara təqdim edilib.
Sonda türk dünyasının tərcümə sənətinə böyük töhfələri olan tərcüməçilər mükafatlandırılıb. Qeyd edək ki, I Avrasiya Kitab Sərgisi 3 gün davam edəcək.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info