“ASAN xidmət” “Hökumət 3.0 Qlobal Forumu”nda təqdim olunub
Tarix: 11.11.2016 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


Koreya Respublikasının Busan şəhərində “Hökumət 3.0 Qlobal Forumu” keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti təmsil edib.
Agentlikdən verilən məlumata görə, Forumun keçirilməsində məqsəd idarəetmə sahəsində müasir çağırışların müəyyən edilməsi və bu sahədə ən son innovasiyaların müzakirəsi olub. Həmçinin Forum dövlət və vətəndaşlar arasında qarşılıqlı əlaqə sahəsində uğurlu təcrübələrin nümayiş etdirilməsi üçün platforma qismində çıxış edib.
Tədbirə Koreya Respublikasının, digər xarici ölkələrin, beynəlxalq təşkilatların yüksək vəzifəli rəsmi şəxsləri və akademik dairələrin nümayəndələri qatılıblar.
Forumu Koreya Respublikasının Baş naziri Hvanq Kyo-ahn açıb. Baş nazir tədbirin önəmindən, müasir dünyanın innovasiyalarla irəli getməsindən, qabaqcıl təcrübələrin mübadiləsinin vacibliyindən bəhs edib.
Daha sonra Koreyanın daxili işlər naziri Yun-Sık Honq və Busan şəhərinin meri Byunq-Su Suh iştirakçıları salamlayaraq tədbirin keçirilməsinin müasir çağırışlardan irəli gələn obyektiv zərurət olduğunu deyiblər.
Forum çərçivəsində “Daha Ağıllı Hökumət” mövzusunda təşkil olunan paneldə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edib. O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və modernləşdirilməsi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib. Bu islahatların tərkib hissəsi olan “ASAN xidmət”in uğurlu fəaliyyəti barədə geniş təqdimat edib.
İnam Kərimov dövlət idarəetməsinin daha da inkişaf etdirilməsi məqsədilə innovasiyaların tətbiqinin, dövlət-özəl sektor əməkdaşlığının vacib əhəmiyyət kəsb etdiyini vurğulayıb. BMT Dövlət Xidmətləri Mükafatının qalibi olan və dünyada Azərbaycanın brendi kimi tanınan “ASAN xidmət”in dövlət, o cümlədən özəl xidmətlərin vahid məkandan vətəndaşlara çatdırılması sahəsində uğurlu təcrübəsi qeyd edilib. Hazırda digər ölkələrdə xidmətlərin göstərilməsi sahəsinin “ASAN xidmət” modeli əsasında təkmilləşdirilməsi istiqamətində əməkdaşlığın həyata keçirildiyi də diqqətə çatdırılıb.
Təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, səfər çərçivəsində Koreya Respublikasının daxili işlər naziri, Fransanın islahatlar və sadələşdirmə üzrə dövlət naziri, İndoneziya Respublikasının idarəçilik və bürokratik islahatlar naziri, Nepalın Milli İnformasiya Komissiyasının baş komissarı, Tanzaniyanın dövlət xidmətlərinin menecmenti üzrə Prezident Aparatının daimi katibi və digər dövlətlərin nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.04.2019
Muxtar respublika üzrə 760 nəfərə birdəfəlik maddi yardım ödəniləcək
26.04.2019
28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar tədbir keçirilib
26.04.2019
Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində mühüm addımlar atılır
26.04.2019
Mərkəzi Bank uçot dərəcəsini yenə azaltdı
26.04.2019
Çernobıl əlillərinə birdəfəlik maddi yardım ayrılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10760

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”
5 Yusif Babanlı İTV Yayım Şurasına yeni üzv seçilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info