Rus qafqazşünasının şəxsi kolleksiyasının təqdimatı olub
Tarix: 11.11.2016 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) professor, Rusiya Jurnalistlər və Yazıçılar ittifaqlarının üzvü, Azərbaycanın “Dostluq” ordeni kavaleri, AMEA-nın Tarix İnstitutunun fəxri doktoru, Naxçıvan Dövlət Universitetinin fəxri professoru, BMT-nin “Dünya informasioloqlar elitası” beynəlxalq müsabiqəsinin laureatı, rus qafqazşünası Rudolf İvanovun şəxsi kolleksiyasının təqdimatı olub.
MEK-dən bildiriblər ki, kitabxananın direktoru Leyla İmanova kolleksiyaların tanıdılmasının məqsədinin burada mühafizə edilən zəngin ədəbiyyatı, tarixi faktları, Azərbaycan həqiqətlərini geniş ictimaiyyətə çatdırmaq olduğunu söyləyib.
MEK-in əməkdaşı Gülnar Məmmədova R.İvanovun həyatı, elmi və pedaqoji fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, alim 28 kitab, iki yüzdən çox tarixi məqalə və oçerkin müəllifidir. Alim Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin möhkəmləndirilməsində göstərdiyi xüsusi xidmətlərə görə 2009-cu ildə “Dostluq” ordeni ilə təltif olunub. R.İvanovun kolleksiyasının kitabxanada 2012-ci ildə yaradıldığı, sənədlərin Heydər Əliyev Fondu tərəfindən təqdim olunduğu vurğulanıb.
Çıxış edənlər alimin əsərlərinin tarixi aktuallığından danışıb, onun Azərbaycana səfərindən və tədqiqatlarından söz açıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info