Musəvi: “Azərbaycan KİV-i ilə təcrübə mübadiləsinin aparılmasında maraqlıyıq”
Tarix: 11.11.2016 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynovun Fars informasiya agentliyinin icraçı direktoru Seyid Nizaməddin Musəvi ilə görüşündə ölkələrimiz arasında tarixi, mədəni və dini ortaqlıqlardan, əlaqələrin daha yüksək səviyyəyə çatdırılmasında kütləvi informasiya vasitələrinin rolundan bəhs edilib.
Noyabrın 16-17-də 100-dən çox xəbər agentliyinin rəhbərlərinin iştirakı ilə Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinə dəvət olunduğu üçün təşəkkürünü bildirən S.N.Musəvi Azərbaycana səfəri çərçivəsində yerli kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşlərin keçirilməsində, təcrübə mübadiləsinin aparılmasında maraqlı olduğunu vurğulayıb.
Söhbət zamanı icraçı direktor rəhbərlik etdiyi agentliyin fəaliyyəti barədə məlumat verib.
Səfir Bünyad Hüseynov Azərbaycan-İran münasibətləri barədə danışaraq son üç ildə ölkə prezidentlərinin yeddi dəfə görüşdüklərini bildirib. O, iki ölkə arasında müxtəlif sahələri əhatə edən hüquq bazasının olduğunu diqqətə çatdırıb, 40-ı iqtisadi sahəyə aid olmaqla, ümumilikdə 127 sənəd imzalandığını qeyd edib. Dövlətlərarası Müştərək Komissiyanın indiyədək 10 iclasının keçirildiyini, növbəti iclasın isə Bakı şəhərində təşkil olunacağını nəzərə çatdıran səfir komissiya çərçivəsində iqtisadiyyat, alternativ və bərpaolunan enerji, kənd təsərrüfatı, nəqliyyat və tranzit sahələrində işçi qrupların fəaliyyət göstərdiyini deyib. Səfir Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Azərbaycan-İran dəmir yolu xətlərinin birləşdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan B.Hüseynov ölkəmizin ərazisinin 20 faizinin 25 ilə yaxındır ki, Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu, Azərbaycan-İran sərhədinin 132 kilometrinin nəzarətsiz qaldığını vurğulayıb.
Hər iki ölkənin kütləvi informasiya vasitələri arasında əlaqələrin genişləndirilməsinin zəruriliyinə toxunan diplomat məlumatın ilkin mənbədən əldə olunaraq yayılmasının əhəmiyyətini qeyd edib.
Görüşdən sonra səfir Fars informasiya agentliyinin fəaliyyəti ilə tanış olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu
14.11.2018
Fransada yeni diaspor təşkilatının təqdimatı olub
14.11.2018
Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
14.11.2018
Yevdaçenko: “Azərbaycan Belarusun ən mühüm tərəfdaşlarından biridir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info