MEK əməkdaşları Belarusa ezam olunublar
Tarix: 11.11.2016 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları - Ümumi işlər üzrə direktor müavini Fuad Aslanov, Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova, Rəqəmsallaşdırma bölməsinin rəhbəri Elmar Quliyev və Milli Rəqəmsal Yaddaş şöbəsinin baş mütəxəssisi Günel Əhədova 6-13 noyabr tarixlərində Belarusiya Milli Kitabxanasına ezam olunmuşlar. Səfərin əsas məqsədi müasir kitabxana-informasiya sahəsində təcrübə qazanmaq, rəqəmsallaşdırma, rəqəmsal mühafizə, kitabxanada mühafizə olunan sənədlərin fiziki, texniki bərpası və digər sahələrdə müasir kitabxana təcrübəsini öyrənmək, kitabxana-xidmət sahələrinin təhlükəsizlik sistemini mənimsəməkdir. MEK əməkdaşlarına Belarus Milli Kitabxanasının (BMK) Elmi işlər üzrə direktor müavini Lyudmila Kiruxina təmsil etdiyi qurumun gördüyü işləri haqqında məlumat vermiş, kitabxanaya ekskursiya təşkil etmişdir. Görüşün sonunda belarus həmkarlara MEK adından Azərbaycanın tarixi və mədəniyyətinə dair kitablar hədiyyə edilmişdir. Səfər zamanı BMK-ın İnformasiya Mərkəzinin müdiri Alla Şeremetova, Biblioqrafik-İnformasiya Texnologiyaları şöbəsinin müdiri Janna Risieva və kitabxananın aparıcı mütəxəssisləri azərbaycanlı həmkarlarını şöbə və bölmələrin iş fəaliyyəti ilə yaxından tanış etmişlər. Restavrasiya və bərpa mərkəzində Mərkəzi Elmi Kitabxananın əməkdaşları iş prosesi və sənədlərin restavrasiya texnikasının müxtəlif üsulları ilə yaxından tanış olmuşlar. Həmçinin kitabxanada istifadə olunan ABİS proqramı, rəqəmsallaşdırmanın texniki təchizatının əsas şərtləri, müasir üsulları, standartlara əsaslanmış Belarus təcrübəsi ilə tanışlıq olmuşdur. MEK əməkdaşları kitabxanada yerləşən və əlyazmalardan ibarət olan kitab muzeyi ilə də tanış olmuşlar. Təcrübə mübadiləsi səfəri davam edir.





 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info