İdman yarışlarında manipulyasiya edənlərə həbs cəzası verilə bilər
Tarix: 11.11.2016 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Azərbaycanda idman yarışlarında manipulyasiya, onu təbliğ etmə və yarışlar zamanı yarışın gedişinə qanunsuz müdaxilə ilə bağlı qadağalar və yeni cəzalar müəyyənləşib. Milli Məclisin bu gün keçirilən iclasında “Bədən tərbiyəsi və idman haqqında”, o cümlədən Cinayət və Cinayət Prosessual məcəllələrinə əlavələr müzakirəyə çıxarıldı. “Bədən tərbiyəsi və idman haqqında” qanuna təklif edilən əlavənin 40-2-ci (İdman yarışlarının manipulyasiyası ilə mübarizə) maddəsinə görə, idman yarışlarının manipulyasiyası qadağandır. Bununla bağlı Cinayət Məcəlləsinə əlavə edilən 192-2 (İdman yarışlarının manipulyasiyası) maddəsinə əsasən, idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və digər şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa, dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, cəhd edilməsi və ya verilməsi, 3 000 manatdan 5 000 manata qədər cərimə və ya 3 ildən 6 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
İdman yarışlarının manipulyasiyası məqsədi ilə idmançı, idman hakimi, məşqçi, sponsor və ya digər şəxs tərəfindən hər hansı hərəkətə (hərəkətsizliyə) görə onların özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və ya sair nemətin, imtiyazın, güzəştin istənilməsi, yaxud alınması, bu barədə təklifin və ya vədin qəbul edilməsi ilə bağlı 3 000 manatdan 5 000 manata qədər cərimə, 3 ilə qədər müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə 3 ildən 6 ilə qədər azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur.
Layihələr səsə qoyularaq qəbul olundu. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Pentek “Milan”la müqaviləni razılaşdırıb
17.01.2019
Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı davam edir
17.01.2019
Kriştianu Ronaldo: “İbrahimoviç mənim paxıllığımı çəkir”
17.01.2019
“Yuventus“ səkkizinci dəfə İtaliya Super kubokunun qalibi olub
16.01.2019
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info