Festival qalibləri mükafatlandırılıb
Tarix: 01.04.2013 | Saat: 22:04:00 | E-mail | Çapa göndər


Gənclər və İdman Nazirliyi tərəfindən Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin “Gənclərin Beynəlxalq Əməkdaşlıq Strategiyasının həyata keçirilməsi üçün 2012-2013-cü illərdə” tədbirlər planına uyğun olaraq “İdeya var 1” Tələbələrin Beynəlxalq Elmi Yaradıcılıq festivalı keçirilib.
Festivalda 8 nominasiya üzrə 300-ə yaxın layihə təqdim edilib və ən çox bal yığmış layihə rəhbərləri qaliblər siyahısına daxil edilib. Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev festivalın əhəmiyyətini qeyd edərək bildirib ki, festival tələbələrin yaradıcılıq potensialının reallaşdırılmasına şərait yaradacaq və MDB üzrə gənclər sahəsində beynəlxalq əlaqələrin inkişafına töhfə verəcək: “Müsabiqəyə təqdim olunan əsərlər təhsil, sosial, sağlam həyat tərzi və müxtəlif mövzuları əhatə edir. Burada əsas məqsəd bu gənclər arasında əlaqələri genişləndirmək, təcrübə mübadiləsini təşkil etmək və elmi yaradıcılıqda müxtəlif təşəbbüslərin aşkar etməkdir. Bu artıq Azərbaycan tərəfindən təşkil olunan ikinci müsabiqədir və bu müsabiqə MDB ölkələri tərəfindən dəstəklənir”. Sonra festival qalibləri mükafatlandırılıb. İntiqam Babayev jurnalistlərə açıqlamasında deyib ki, Gənclər və İdman Nazirliyi tərəfindən gənc alimlərə dəstək vermək üçün müxtəlif layihələr həyata keçirilir. İ.Babayev bildirib ki, nazirlik gənc alimlərə dəstək vermək üçün ideya yarmarkalarının təşkil olunması, gənc alimlərin tezis və məqalələrinin cəmləşdiyi elmi toplunun nəşr edilməsi istiqamətində müəyyən işlər görür: “Eyni zamanda gənc alimlərin beynəlxalq mübadiləsinə dəstək verilir, onların beynəlxalq tədbirlərdə iştirakına şərait yaradılır. Yəni, nazirlik digər aidiyyatı qurumlarla birgə gənclərin elmə həvəsini artırmağa və onların fəaliyyətinə dəstək verməyə çalışır. Son illər ərzində gənc alimlər müxtəlif beynəlxalq sərgilərdə iştirak edirlər. Biz istəyirik ki, gənc alimlərin sayı ildən-ilə artsın və düşünürəm ki, belə də olacaq. Çünki dövlətin öz strategiyası var, bununla bağlı xüsusi elmi fond fəaliyyət göstərir. Xüsusi olaraq dövlət proqramı çərçivəsində yaradılan Gənclər Fondu da məhz ayrıca olaraq, gənc tədqiqatçılara dəstək vermək üçün fəaliyyət göstərir”.
GÜNAY







 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info