Azərbaycanda yaşamaq və işləmək istəyən əcnəbi iş adamlarına xüsusi güzəştlər tətbiq olunur
Tarix: 11.11.2016 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Əcnəbilərə və ya vətəndaşlığı olmayan iş adamlarına Azərbaycan ərazisində yaşamaq və işləməklə bağlı güzəştlər tətbiq ediləcək. Milli Məclisin bu gün keçirilən iclasında bununla bağlı Miqrasiya Məcəlləsinə əlavələr müzakirə olunub. Məcəllənin 45-ci (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar) maddəsinə təklif edilən əlavəyə əsasən, Azərbaycanda təsis edilmiş və təsisçisi, yaxud təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşama icazəsi veriləcək. Məcəllənin 64-cü (İş icazəsinin alınması tələb olunmayan hallar) maddəsinə təklif edilən əlavəyə görə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan vətəndaşları, yaxud Azərbaycanda təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssislərdən işləmək üçün icazənin alınması tələb olunmayacaq. Təklif olunan digər əlavəyə görə də Azərbaycanda təsis edilmiş və təsisçisi, yaxud təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərləri və onların müavinlərinə də bu tələblər irəli sürülməyəcək.
Layihə səsə qoyularaq qəbul olundu.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Günündə iştirak edib
24.06.2019
Azərbaycanda yol hərəkətinin nizamlanması üçün iki yeni nişan yaradılır
24.06.2019
“Əsas hədəf dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan və səmərəli etməkdən ibarətdir”
24.06.2019
Dünya şöhrətli azərbaycanlı ovçu “Russian Business Guide” jurnalında
24.06.2019
Müstəqilliyimizin və müttəfiqliyimizin zəfərlərə aparan sarsılmazlığı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info