Azərbaycan və İran daha bir sahədə razılığa gəliblər
Tarix: 11.11.2016 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


İran İslam Respublikası Yol və Şəhərsalma Nazirliyinin Limanlar və Dəniz Təşkilatının nümayəndələri (PMO) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyi ilə görüşüblər.
Gəmiçilikdən verilən məlumata görə, görüş zamanı Azərbaycanın son illər əldə etdiyi uğurların, paytaxt Bakının göz oxşamasının onlarda xoş təəssürat yaratdığını bildirən PMO-nun nümayəndəsi Cabbar Cəlilian daha sonra təmsil etdiyi qurum haqqında ətraflı məlumat verib və QSC ilə birgə layihələrin icrasının mümkünlüyünə əminliyini ifadə edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Xəzər dənizinin dostluq, əməkdaşlıq və sülh dənizi olması fikrini qonaqların diqqətinə çatdıran “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev Azərbaycan dənizçilərinin dost və qonşu ölkənin şirkətləri ilə gəmiçilik sahəsində qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduqlarını bildirib. QSC-nin ölkə başçısının müvafiq sərəncamı ilə 3 il əvvəl yaradıldığını bildirən sədr kollektivin qısa müddət ərzində qazandığı uğurlar və qarşıda duran vəzifələrdən də söz açıb.
Tərəflər görüş zamanı ətraflı fikir mübadiləsi apardıqları yükdaşımalar, gəmi təmiri, dəniz dibinin dərinləşdirilməsi, agent xidmətləri, Xəzərdənkənar hövzələrdə fəaliyyət, dənizçilik təhsili sahələrində birgə əməkdaşlığın zəruriliyi haqqında razılığa gəliblər.
Görüşdən sonra qonaqlar Gəmiçiliyin muzeyi ilə yaxından tanış olublar.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda maliyyələşməni genişləndirir
24.08.2019
Azərbaycanda metanol istehsalının həcmi nə qədərdir?
24.08.2019
Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib
24.08.2019
Rusiya şirkəti Azərbaycana dondurma ixrac etməyi planlaşdırır
24.08.2019
Yeddi ayda işsizlikdən sığorta ödənişinin orta məbləği 229,1 manat olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info