Yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrup yaradıldı
Tarix: 11.11.2016 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


On nəfər üzvdən ibarət işçi qrupun rəhbəri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir
Prezident İlham Əliyev Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamda son dövrlərdə Bakı şəhərində gedən sürətli iqtisadi inkişafın, əhalinin sayının artmasının, çoxlu sayda müxtəlif təyinatlı binaların və obyektlərin tikintisinin şəhər təsərrüfatına, onun infrastrukturuna, o cümlədən mühəndis-kommunikasiya təminatı obyektlərinə düşən yükü dəfələrlə artırdığı bildirilir. Qeyd edilir ki, Bakı şəhərində 2016-cı ilin sentyabr və oktyabr aylarında yağan yağışlar həmin dövr üçün müşahidə edilmiş yağıntı normasından müvafiq olaraq 9,2 və 3,7 dəfə çox olub. Bu yağıntılar nəticəsində küçə və prospektlərdə səth sularının kənarlaşdırılmasını təmin etməli olan yağış kanalizasiya sisteminin işləməməsi ciddi fəsadlar törədib, bir sıra müxtəlif təyinatlı obyekt və tikililərə ziyan dəyib, vətəndaşların və nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bakı şəhərinin və Abşeron yarımadasının yağış kanalizasiya sisteminin yüksək inkişaf templərindən geri qalması və şəhər təsərrüfatının tələblərinə cavab verməməsi bu sistemin təkmilləşdirilməsini, o cümlədən səth sularının idarə olunmasını, təmizlənməsini, yağış və ərimiş qar sularının yığılması nəticəsində ciddi problemləri olan şəhər avtomobil yollarında, yaşayış massivlərində zəruri tədbirlərin həyata keçirilməsini, şəhərin ekoloji və sanitar vəziyyətinin normada saxlanılmasını tələb edir. Bakı şəhərində yağış kanalizasiya sisteminin, şəhərin ekoloji və sanitar vəziyyətinin yaxşılaşdırılması məqsədilə imzalanan sərəncama əsasən, paytaxtda yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupu yaradılıb. On nəfər üzvdən ibarət işçi qrupunun rəhbəri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir. Sərəncama əsasən, işçi qrupu Bakı şəhərinin yağış kanalizasiya xətlərinin vəziyyətini təhlil etməli və sosial-iqtisadi inkişaf perspektivlərini, əhalinin artım tempini nəzərə almaqla kanalizasiya sisteminin idarə olunmasına, etibarlılığının artırılmasına, ardıcıl və mərhələli rekonstruksiyasına, habelə bu sahədə ekoloji və sanitar təhlükələri və problemləri istisna edən digər zəruri tədbirlərin həyata keçirilməsinə dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Həmçinin, Bakı şəhərində yağış, ərimiş qar sularının yığılması təhlükəsi olan şəhər avtomobil yolları müəyyənləşdirilməklə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsinə dair təkliflər hazırlanıb iki ay müddətində dövlət başçısına təqdim olunmalıdır. Bundan başqa, işçi qrupu Bakı şəhər və Bakı şəhəri rayonlarının icra hakimiyyətləri tərəfindən şəhər ərazisində baş verə biləcək subasma və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasında çevik idarəetmənin həyata keçirilməsinə, bu sahədə təsərrüfat xidmətlərinin fəaliyyətinin əlaqələndirilməsinə, habelə təxirəsalınmaz tədbirlərin görülməsi üçün müvafiq maddi-texniki bazanın yaradılmasına dair təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info