Rusiya Azərbaycanla sərhəddəki sıxlığı aradan qaldırmaq üçün imkanlarını səfərbər edib
Tarix: 11.11.2016 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Azərbaycan-Rusiya sərhədində yaranan nəqliyyat vasitələrinin sıxlığını aradan qaldırmaq məqsədilə bu gün saat 14:00-da iki ölkənin gömrük və sərhəd xidmətləri nümayəndələri arasında sərhəddə baş tutan görüş yekunlaşıb. Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat Xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanın nümayəndə heyəti Rusiya tərəfdəki sərhəd-keçid məntəqəsində yaranan problemin nəqliyyat vasitələrinin sıxlığına səbəb olduğunu və tez bir zamanda aradan qaldırılmasının vacibliyini vurğulayıb.
 
Rusiyanın gömrük və sərhəd xidmətlərinin nümayəndələri də sərhəd-keçid məntəqəsindən nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsinin təmin edilməsi üçün bütün zəruri addımların atıldığını, gün ərzində sərhəddən 150-yə qədər nəqliyyat vasitəsinin keçidini təmin etməyə çalışdıqlarını və sıxlığın tez bir zamanda aradan qaldırılması üçün bütün imkanların səfərbər olunduğunu bildiriblər.

Xatırladaq ki, Azərbaycan-Rusiya sərhədində yaranan problemin aradan qaldırılması üçün DGK-nin rəhbərliyi ilə Rusiyanın Federal Gömrük Xidmətinin rəhbərliyi arasında telefon danışığı olub və qonşu ölkənin gömrük xidmətinə rəsmi müraciət ünvanlanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info