Avropa Parlamentində Bakı limanının təqdimatı keçirilib
Tarix: 11.11.2016 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


“Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC-nin (Bakı Limanı) baş direktoru Taleh Ziyadov Belçika Krallığında işgüzar səfərdə olub.
 
Limandan verilən məlumata görə, səfər çərçivəsində T.Ziyadov Avropa Komissiyasının Nəqliyyat və Hərəkətlilik üzrə Baş direktoratlığının rəhbəri Henrik Hololei ilə danışıqlar aparıb. Görüş zamanı Bakı Limanının fəaliyyəti barədə qarşı tərəfə ətraflı məlumat verilib və gələcək əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb. 
 
Avropa Parlamentində “Avropaya Yeni Giriş – Bakı Limanı” adlı təqdimat mərasimi keçirilib. Tədbir Avropa Parlamentinin üzvləri olan deputatlar İvo Vayql (Sloveniya) və Gesine Maysnerin (Almaniya) birgə təşkilatçılığı ilə təşkil olunub.
 
Təqdimat mərasimi Azərbaycanın tarixi və mədəni irsini əks etdirən videoçarxla başlayıb.
 
İ.Vayql çıxışı zamanı Aİ-nin etibarlı enerji tərəfdaşı olması ilə yanaşı, Azərbaycanın Aİ üçün strateji nəqliyyat tərəfdaşı kimi də dəyərləndirilə biləcəyini bildirib.
 
Daha sonra çıxış edən Avropa Parlamentinin deputatı G.Maysner Azərbaycanda tranzit imkanlarının geniş olması ilə bağlı məqamı qeyd edib  və Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi əhəmiyyətini vurğulayıb.
 
T.Ziyadov Bakı limanının hazırkı fəaliyyəti və gələcək perspektivləri, onun inkişaf konsepsiyası, infrastrukturu, o cümlədən liman ətrafında yaradılan Azad Ticarət Zonası (ATZ) layihəsinin strateji-iqtisadi əhəmiyyətinə dair geniş məlumat verib. Bakı Limanın Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində mühüm nəqliyyat-logistika qovşağı (hub) olacağına, Avropa və Asiyanı birləşdirən, geniş beynəlxalq logistika şəbəkəsinin bir hissəsinə çevriləcəyinə və bununla tarixi İpək yolunun yenidən canlanmasına öz xüsusi töhfəsini verəcəyinə dair fikirlərini bölüşüb.
 
Baş direktor “DP World” şirkəti ilə məsləhətçi qismində müqavilənin imzalandığını və Ələtdə yerləşən yeni Bakı Limanı və ətrafında ATZ qurulduğunu qeyd edib. O vurğulayıb ki, zonada nəqliyyat və logistika infrastrukturunun qurulması, neft-kimya və əczaçılıq sahələrinin yaradılması, müxtəlif çeşiddə malların istehsalı, qablaşdırılması, markalanması və s. kimi işlərin həyata keçirilməsi planlaşdırılır. Bununla da ATZ-də minlərlə yeni iş yeri açılmış olacaq bu da öz növbəsində ölkəyə böyük həcmdə investisiyaların cəlb olunmasına şərait yaradılacaq. 
 
Daha sonra, 2018-ci ildə Bakı şəhərinin ev sahibliyi edəcəyi Beynəlxalq Limanlar Assosiasiyasının (International Association of Ports and Harbors – IAPH) illik konfransına dair məlumat verilib və tədbirdə iştirak edən nümayəndələr konfransa dəvət edilib. 
 
Əlavə olaraq, Taleh Ziyadovun Bakı Limanına dair verdiyi geniş və dolğun müsahibəsi  Aİ-nın nüfuzlu media orqanı hesab edilən "Euroactiv" xəbər portalında yerləşdirilib. 
Tural




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Ölkəyə milyonlar qazandıracaq sahə: meyvə suyu ixracı artıb
22.04.2019
Nazirlik 1-ci rübdə vergi sahəsində görülmüş işlər barədə məlumat yaydı
22.04.2019
Nazir: “Cari ildə TANAP-la Türkiyəyə 1,5 milyard kubmetrdən çox qaz nəql edilib”
22.04.2019
Bəxtiyar Aslanbəyli: “AÇG yataqlar blokunun işlənməsinə 36 milyard dollardan çox sərmayə qoyulub”
22.04.2019
Vergilər naziri “AmCham”ın nümayəndələri ilə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info