Trampın qələbəsi Avropa ordusunun yaradılmasını tezləşdirə bilər
Tarix: 12.11.2016 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


Avropa Komissiyasının sədri Jan-Klod Yunker hesab edir ki, artıq belə bir ordunun yaradılması qaçılmazdır

Donald Trampın Amerika Birləşmiş Ştatlarında keçirilən prezident seçkilərində gözlənilməz qələbəsi, Avropa Birliyinə daxil olan ölkə liderlərini qitədə öz ordusunu yaratmağa həvəsləndirib. Avropa Komissiyasının sədri Jan-Klod Yunker ABŞ-ın Avropanın uzunmüddətli təhlükəsizliyini təmin etməkdən imtina edəcəyini nəzərə alaraq, belə bir ordunun yaradılmasını “qaçınılmaz bir proses" kimi önə çəkib.
Qeyd edək ki, Tramp seçkiöncəsi çıxışlarında dəfələrlə bəyan etmişdi ki, ABŞ artıq “dünya polisi” olmaqdan imtina edərək, daxili problemlərin həllinə diqqət ayırmalıdır. Komissiya sədrinin fikrincə, Avropa ordusunun yaradılması üçün digər səbəblər də mövcuddur . Bu, ilk olaraq Britaniyanın Avropa Birliyini tərk etməsi ilə bağlı qərarı, ağırlaşdırılmış miqrasiya böhranı, qitəni təhdid edən terror və nəhayət, Rusiyadan gözlənilən təhlükə ilə bağlıdır. Bütün bunlar Avropa ordusunun yaradılmasını zərurət kimi önə çəkir. Xatırladaq ki, seçki nəticələrinin açıqlanmasından xeyli əvvəl Avropa Birliyinin komissarı Federika Moqerini Avropanın təhlükəsizlik və müdafiə siyasətində hərbi komponentləri gücləndirmək üçün təkliflər verəcəyini vəd etmişdi. Lakin bu ilin sentyabrında Fransa və Almaniya hərbi imkanları NATO ilə rəqabət aparacaq “birgə hərbi güc” yaratmaq üçün plan təqdim etdilər. Bu planın yekun müqaviləsinin yaxın aylarda öz təsdiqini tapacağı ehtimal edilir. Moqerini hələ ki, Avropa ordusunun yaradılması ilə bağlı Yunkerin təklifini dəstəkləmir. Amma xanım Moqerini Brüsseldə Avropa Birliyinə üzv ölkələrin baş qərargah rəhbərləri ilə görüş zamanı qeyd edib ki, təşkilata üzv olan ölkələrin XİN rəhbərləri müdafiə sahəsi ilə bağlı bəzi məsələləri müzakirə edəcək. Onun sözlərinə görə, bu plan xarici münaqişələrə qarşı AB-nin cavab qabiliyyəti, böhranlara qarşı AB-nin zəifləmiş müdafiə qabiliyyətini gücləndirmək və Avropa Birliyi və vətəndaşların qorunması kimi üç komponentdən ibarətdir. Xatırladaq ki, Avropa ordusunun yaradılmasının ən qatı tərəfdarı kimi Almaniya çıxış edir. Bundan başqa, Çexiya da bu təklifin tərəfdarı kimi çıxış edir. Lakin bir çox ölkələr, məsələn İngiltərə və Latviya elə ilk gündən bu ideyanın əleyhdarı kimi çıxış edirlər. Avropanın bəzi ölkələri isə NATO-nun Şərqi Avropada güclənəcəyinə ümid edərək gözləmə mövqeyindədir. Amma Trampın qələbəsindən sonra belə görünür ki, vəziyyət dəyişə bilər. Yəni, artıq Avropa öz gücünə ümid etməlidir. “Biz amerikalılara hər cəhətdən çox borcluyuq. Lakin unutmaq lazım deyil ki, onlar Avropada təhlükəsizliyin uzunmüddətli dayağı ola bilməzlər. Buna görə də biz özümüz yeni bir kurs həyata keçirməliyik. Avropa ordusunun yaradılması bu kursun əsas aspekti kimi dəyərləndirilməlidir”- deyə Yunker bildirib.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info