“Fuad Qəhrəmanlı xalqı nizam-intizamsızlığa, iğtişaşlara, hakimiyyəti güc yolu ilə dəyişməyə çağırırdı”
Tarix: 12.11.2016 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam etdirilib
Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid BalababaAllahnəzərov ifadə verib. O, iddia edib ki, Fuad Qəhrəmanlının yazdığı statusa şərh yazıb və burada hər hansı cinayət yoxdur. B. Allahnəzərov ibtidai istintaqa ifadəsində isə bildirib ki, Fuad Qəhrəmanlının “facebook” sosial şəbəkəsində olan şəxsi səhifəsində sonuncu tərəfindən yazılan çıxışa bəyənmə işarəsi edib və şərhi həqiqətən öz şəxsi səhifəsinə girərək yazıb. Burada məqsəd F. Qəhrəmanlı və onun kimilərini dəstəkləmək və bəyənmək olmayıb. Fikri ondan ibarət olub ki, İmam Hüseyn kimi tarixi bir şəxsi bəyənmək, sonuncunun həmin dövr üçün düzgün bir addım atdığını bildirmək və şərh yazmaqla bunu ifadə etmək olub. F. Qəhrəmanlı ilə həyatda və sosial şəbəkələrdə heç bir şəxsi və uzaq tanışlığı olmayıb. Lakin sonuncunu mediada və sosial şəbəkədə şəkillərini və yazılarını görərək tanıyıb. Daha sonra iclasda şahid Elxan Məmmədov ifadə verib. O da deyib ki, F. Qəhrəmanlının statusuna şərh yazıb, buna görə istintaqa ifadə verib. O, F. Qəhrəmanlının fikirlərini qəbul etmədiyini bildirib. Vəkillər isə ondan fikirlərini qəbul etmədiyi adamın statusuna niyə dəstəkləyici şərh yazdığını soruşublar. O, sosial şəbəkəni ciddi hesab etmədiyini, bunu fikirləşmədən etdiyini deyib. Daha sonra onun istintaqa ifadəsi elan edilib. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, Fuad Qəhrəmanlının “facebook” sosial şəbəkəsində olan şəxsi səhifəsində sonuncu tərəfindən yazılan çıxışa bəyənmə işarəsi edib və həmin şərhi həqiqətən o, öz şəxsi səhifəsinə girərək yazıb. Məqsədi isə F. Qəhrəmanlını dəstəkləmək olmayıb. F. Qəhrəmanlı ilə həyatda və sosial şəbəkələrdə heç bir şəxsi və uzaq tanışlığı olmayıb. Onu mediada və sosial şəbəkədə şəkillərini və yazılarını görərək tanıyıb. F. Qəhrəmanlının siyasi fikirlərini bəyənməyib. Ona görə ki, F. Qəhrəmanlının xalqı mitinqlərə, aksiyalara, nizam-intizamsızlığa, iğtişaşlara, hakimiyyəti güc yolu ilə dəyişməyə çağırışları olub. Hətta o, son zamanlar F. Qəhrəmanlının fikirlərinin tam əleyhinə gedərək öz özlüyündə sonuncunun xalqı çaşdırmağına, gənclərə pis nümunə olaraq onları vətəndaş davasına, dini nifrət və dinlər arasında təfriqə və düşmənçilik yaratmasına etirazını bildirərək bu kimi şəxslərin xalqın və millətin gənclərini, vətəndaşlarını yanlış fikirləri ilə çaşdıraraq uçuruma aparmasını yəqin edib. Daha sonra vəkil Yalçın İmanov vəsatətlə çıxış edib. O, Taleh Bağırovun müraciət kitabı adlanan kitabçanın iş materiallarında olmadığını deyib. Bildirib ki, həmin kitabçalar maddi sübut kimi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Vəkil həmin kitabça ilə tanış olmaq istədiyini deyib. Hakim bununla bağlı həmin orqana müraciət ediləcəyini deyib. Vəkil Nemət Kərimli Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında təqsirsizlik prezumpsiyasınınpozulduğunu deyib və həmin məlumatın iş materiallarına əlavə edilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib. Daha sonra Y. İmanov bildirib ki, hadisə zamanı xəsarət alan Şamil Abduləliyevin təcili tibbi yardım stansiyasına müraciət etməsi barədə onda sənəd var: “Bu onu göstərir ki, hadisə yerinə təcili tibbi yardım çağırılmayıb”. Vəkil həmin sənədin iş materiallarına əlavə edilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib. Sonra iclasda Zahid Mehdiyev ifadə verib. O, F. Qəhrəmanlını sosial şəbəkə vasitəsi ilə tanıdığını, onun statusuna şərh yazdığını, sonradan peşman olduğunu deyib. Bildirib ki, insanları mitinqə, iğtişaşa çağırmağı qəbul etmir: “Ölkədə sabitlik var və bunu qorumaq lazımdır”. Vəkil Y. İmanov isə bildirib ki, hər kəs fikrini ifadə etməkdə sərbəstdir: “Siz Avropa ölkələrini ikili standartda qınamaqla bağlı şərh yazmısınız. Burada peşmançılıq nədən ibarətdir ki? Hazırda şərh yazmırsınız?” Şahid isə deyib ki, hazırda ancaq idman və əyləncə ilə bağlı mövzulara şərh yazır, siyasi məsələlərə qarışmaq istəmir: “Hesab edirəm ki, mən şərh yazmamalı idim. Ötəri oxuyub yazmışdım. Həmin statusu dərk etmirdim”. Z. Mehdiyev ibtidai istintaq zamanı ifadə verəndə ona hər hansı təzyiq olmadığını da deyib.
Daha sonra onun istintaq zamanı verdiyi ifadəsi elan edilib. O, ifadəsində bildirib ki, F. Qəhrəmanlının “facebook” sosial şəbəkəsində olan şəxsi səhifəsində sonuncu tərəfindən yazılan çıxışa bəyənmə işarəsi edib və həmin şərhi həqiqətən o, öz şəxsi səhifəsinə girərək yazıb. Lakin F.Qəhrəmanlını dəstəkləmək məqsədi güdməyib. F.Qəhrəmanlı ilə həyatda və sosial şəbəkələrdə heç bir şəxsi və uzaq tanışlığı olmayıb. Onu mediada və sosial şəbəkədə şəkillərini və yazılarını görərək tanıyıb. F.Qəhrəmanlının siyasi fikirlərini bəyənməyib. Ona görə ki, F. Qəhrəmanlı xalqı mitinqlərə, aksiyalara, nizam-intizamsızlığa, iğtişaşlara, hakimiyyəti güc yolu ilə dəyişməyə çağırışları olub. Hətta o, son zamanlar F.Qəhrəmanlının fikirlərinin tam əleyhinə gedərək öz özlüyündə sonuncunun xalqı çaşdırmağına, gənclərə pis nümunə olaraq onları vətəndaş davasına, dini nifrət və dinlər arasında təfriqə və düşmənçilik yaratmasına etirazını bildirərək bu kimi şəxslərin xalqın və millətin gənclərini, vətəndaşlarını yanlış fikirləri ilə çaşdıraraq uçuruma aparmasını yəqin edib. İclasda hakim bildirib ki, şahid Adil Abdullayevin çağırış vərəqəsi məhkəməyə geri qayıdıb. Orada şahidin Türkiyəyə köçdüyü qeyd edilib. Bundan əlavə şahidlər Samir Babayev və Valeh Abbasovun Sabunçu rayon Polis İdarəsinə aparılaraq təzyiqə məruz qalmaları barədə Bakı şəhər Prokurorluğuna edilən müraciətə cavab verilib. Həmin cavab məktubunda faktın öz təsdiqini tapmadığını bildirilib. Hakim Nardaran sakinləri olan şahidlərin məhkəməyə gətirilmələrinin təmin edilməsi üçün Sabunçu rayon icra Hakimiyyətinə müraciət ediləcəyini də deyib. Vəkillər isə şahidlərin məhkəmə tərəfindən çağırılmalarını istəyiblər. Bildiriblər ki, icra hakimiyyəti də işdə tərəfdir. Hakim onların məhkəməyə özləri tərəfindən çağırılmalarının təmin ediləcəyini deyib. Proses noyabrın 14-də davam etdiriləcək.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info