Özbəkistan muzeyində “Azərbaycan Qafqazın dürdanəsi” pavilyonu açılıb
Tarix: 14.11.2016 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Özbəkistandakı səfirliyimizin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Özbəkistan Milli Elmlər Akademiyasının Dövlət Tarix Muzeyində "Azərbaycan Qafqazın dürdanəsi" pavilyonunun açılışı olub.
Mərasimdə səfirliyimizin və Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın elm, təhsil, ədəbiyyat, incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri, Daşkənddə yaşayan azərbaycanlılar, jurnalistlər iştirak ediblər.
Özbəkistan Dövlət Tarix Muzeyinin direktoru, professor Cənnət İsmayılova Azərbaycanın bu ölkə üçün böyük əhəmiyyət daşıdığını və iki xalq arasında dil, din, mədəniyyət, adət və ənənələrin oxşar olduğunu qeyd edib.
AMM-nin direktoru Samir Abbasov pavilyonun əhəmiyyətindən danışaraq, təşkil olunan guşədə Azərbaycanın zəngin dövlətçilik tarixi, mədəniyyəti, füsunkar təbiəti, adət və ənənələri, turizm potensialının nümayiş etdirildiyini bildirib.
S.Abbasov Heydər Əliyev Fondunun ölkəmizin tanıdılması ilə bağlı həyata keçirdiyi beynəlxalq layihələrdən danışıb, dünyanın ilk insan məskənlərindən olan Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlardan söhbət açıb.
Özbəkistan Milli Elmlər Akademiyasının departament rəhbəri Şuxrat Curayev və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov iki xalq arasında tarixi dostluq əlaqələri, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının Özbəkistana təsiri, ölkələr arasında strateji əməkdaşlı əlaqələri haqqında məlumat verib, belə tədbirlərin xalqlarımızın daha da yaxınlaşmasına təsirindən danışıblar.
Sonra sərginin rəsmi açılışı olub, iştirakçılara milli mədəni irsimizə dair müxtəlif bölmələrdə nümayiş etdirilən eksponatlar haqqında məlumat verilib.
Pavilyonda ölkəmizin tarixi, dövlətçilik ənənələri, Azərbaycanın qədim xəritələri, müxtəlif regionlarında ipəkdən və yundan hazırlanan xalçalar, tarixi abidələrimiz əsasında hazırlanmış maketlər, müxtəlif milli musiqi alətləri - tar, saz, nağara, balaban, zurna və s. nümayiş etdirilib. Həmçinin, burada Azərbaycanın Qarabağ bölgəsinin milli qadın və kişi geyimləri, habelə ölkəmizin qədim tarixinə dair bir sıra muzey eksponatları göstərilib.
Guşədə Azərbaycanın bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlarla bağlı kitablar, Heydər Əliyev Fondunun “Qarabağ həqiqətləri” seriyasından rus və ingilis dillərində nəşrlər, AMM-nin layihəsi ilə özbək dilində son zamanlar çap olunan kitablar, habelə ölkəmizin turizm potensialına dair videoçarx nümayiş etdirilib.
Pavilyonda nümayiş etdirilən qədim Azərbaycan kəndlisinin ənənəvi evi iştirakçıların böyük marağına səbəb olub. Azərbaycan milli ornamentləri əsasında hazırlanmış ev, oradakı uşaq beşiyi, məişət əşyaları, cəhrə, çay süfrəsi, habelə Azərbaycan kəndlisinin istifadə etdiyi kənd təsərrüfatı alətləri, lavaş və digər çörək növlərinin bişirilməsi üçün təndir iştirakçıların böyük marağına səbəb olub.
"Azərbaycan Qafqazın dürdanəsi" sərgisi bu il dekabrın 31-dək davam edəcək və yekunda ölkəmizin tarixinə və mədəniyyətinə dair bir neçə eksponat muzeyə bağışlanacaq.
Sonda iştirakçılar Azərbaycan milli şirniyyatlarına qonaq edilib.
Mərasimdə AMM nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri bir-birindən gözəl milli rəqslərimizi ifa edib, milli mahnılarımız səslənib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info