Bakıda “Ortopediya və Plastik Cərrahiyyə“ mövzusunda tibbi seminar keçirilib
Tarix: 14.11.2016 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Türkiyənin Ordu şəhərində yerləşən "Umut" Hospitalı bu il fəaliyyətinin onuncu ilini qeyd edir. Bu illər ərzində hospital daha güclü heyətə sahib olmaqla yanaşı, müasir tibbi texnologiya ilə təchiz olunaraq öz sağlıq xidmətlərini təqdim etməyi bacarıb.
Bakıda "Caspian Evets" şirkətinin təşkilatçılığı ilə özəl "Ordu Umut" hospitalının həkim mütəxəssisləri tərəfindən "Ortopediya və Plastik Cərrahiyyə" mövzusunda tibbi seminar keçirilib.
Seminarda Umut Hospitalınının beynəlxalq əlaqələr şöbəsinin müdiri Sezai Keskin çıxışında bildirib ki, ortopediya son illərdə texnoloji və elmi inkişaf nəticəsində sürətli irəliləyən, dəyişən, hətta əhatəsini genişləndirən tibbi sahədir: "Bizim Hospitalın Ortopediya və Travmatologiya bölümü dayaq-hərəkət sistemi xəstəliklərinin diaqnostikası və müalicəsində ən müasir tibbi avadanlıqlarla və beynəlxalq təcrübəyə malik həkimlərlə xidmətinizdədir.
Ortopediya-Travmatologiya üzrə həkim mütəxəssis Mehmet Onur Sarıhan skolyoz xəstəliyi ilə bağlı fikirlərini bölüşüb. Həmçinin plastik və estetik cərrah, həkim mütəxəssis Bülent Kement plastik cərrahiyyə ilə bağlı çıxış edib.
Daha sonra mövzu ətrafında seminar iştirakçıları ilə ətraflı müzakirələr, sual-cavab aparılaraq, maraqlı disskusiyalara səbəb olub.
Seminar çərçivəsində "Caspian Group" və "Umut Hospitalı" arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
"Umut" Hospitalının rəhbəri İdris Altunel jurnalistlərə müsahibəsində bildirib ki, bizim göstərdiyimiz xidmətlərin qiyməti digər Avropa ölkələri ilə müqayisədə qat-qat ucuz və keyfiyyətlidir: "İstənilən şəxs bu qiymtələrlə tanış ola bilər. Belə ki, Azərbaycan vətəndaşları da "Caspian Group" şirkəti vasitəsi ilə bizə müraciət edə bilər. İki tərəf arasında imzalanan tərəfdaşlıq müqaviləsi də bu sahəyə xidmət edir. Biz hər zaman vətəndaşlara yüksək xidmət göstərmişik, bundan sonra da bu işimizi davam etdirəcəyik.
Tədbirinin sonunda seminar iştirakçıları sertifikatla təltif olundular.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Tibb müəssisələri tam hazır vəziyyətə gətirilib
16.01.2019
Azərbaycandan İrana qanunsuz keçmək istəyən sərhəd pozucusu saxlanılıb
16.01.2019
MTRŞ: “Televiziyalarda ciddi mövzuların müzakirə olunduğu proqramların qıtlığı var”
16.01.2019
Sürücü və sərnişinlərə xəbərdarlıq
16.01.2019
“Azərenerji” xüsusi rejimdə işləyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info