Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir
Tarix: 14.11.2016 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Konfrans Təhsil Nazirliyinin, AMEA-nın Nəsimi adına Dilçilik, Nizami adına Ədəbiyyat və akademik Z.Bünyadov adına Şərqşünaslıq institutlarının birgə təşkilatçılığı ilə keçirilir.
Qurultayın əhəmiyyətindən danışan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Prezident İlham Əliyevin imzaladığı “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı xatırladıb. Qeyd edilib ki, bu sənəd Birinci Türkoloji Qurultayın dərslərini ictimai və elmi cəhətdən qiymətləndirməyə və nəticələr çıxarmağa imkan verib.
Sonra Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Türk Dil Qurumunun başqanı Kamal Kaçal, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli çıxış edərək Birinci Türkoloji Qurultayın türk dünyasının tarixi elmi-mədəni əlaqələrinin qorunub saxlanmasındakı önəmindən danışıblar.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Birinci Türkoloji Qurultay: dərsləri və çağırışları” mövzusunda məruzə ilə çıxış edib.
Konfrans Nizami adına Ədəbiyyat İnstitutunda və Mərkəzi Elmi Kitabxanada “Ortaq türk tarixi” və “Ortaq türk ədəbiyyatı” dərsliklərinin, o cümlədən “Ortaq türk qrammatikası və terminologiyası”nın hazırlanması və digər məsələlərin müzakirəsi ilə davam etdirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı olub
18.02.2019
Əfqanıstan müharibəsinin azərbaycanlı iştirakçısı “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub
18.02.2019
DGKA-nın tələbələri müxtəlif dövlət qurumlarında təcrübə keçəcəklər
18.02.2019
“ABAD“ “Uğur-2018“ Milli mükafatına layiq görülüb
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info