Robotlar məşğulluğa necə təsir göstərəcək?
Tarix: 14.11.2016 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


BMT-nin yeni hesabatında robotların geniş tətbiqinin inkişaf etməkdə olan ölkələrdə məşğulluğa necə təsir göstərməsi və bu problemin aradan qaldırılması üçün hansı strategiyaların kömək edəcəyi barədə danışılır.
"ICTnews" Elektron Xəbər Xidməti "Naked Science" resursuna istinadən yazır ki, ötən il BMT süni intellektin və robotlaşdırılmış texnologiyaların inkişafı ilə əlaqədar yaranan təhlükələri müzakirə edib, lakin bu dəfə gündəlikdə duran problemin dünyanın robotlar tərəfindən ələ keçirilməsi ilə əlaqədar olmamasına baxmayaraq inkişaf etməkdə olan ölkələrin rifahına bilavasitə təsir göstərəcək.
Avtomatlaşdırılmış texnologiyalar uzun müddətdir inkişaf etmiş ölkələrdə tətbiq edilir ki, bu da iş yerlərinin sayının azalmasına səbəb olur. BMT-nin yeni hesabatında qeyd olunur ki, Afrika və Cənubi Amerika ölkələri robotlaşdırılmış texnologiyaların inkişafı ilə əlaqədar daha böyük riskə məruz qala bilərlər. Məsələn, bu ölkələrdə sənayeləşmə yaxın vaxtlarda avtomatlaşdırılmış istehsaldan istifadəyə tələbatın artmasına görə zəifləyəcək. Bu səbəbdən müxtəlif peşələrin təxminən 2/3 hissəsinə ümumiyyətlə ehtiyac qalmaya bilər.
Digər problem istehsalın doğma ölkələrə qayıtması - ofşorların ləğvi tendensiyasıdır. Beləliklə, şirkətlər üçün digər ölkələrdə işçilərin xidmətlərindən istifadə etməkdənsə, öz ölkələrində məhsulları robotlar vasitəsilə istehsal etmək daha sərfəli olacaq.
Problemin həlli üçün BMT nümayəndələri robotlaşdırılmış texnologiyaların inkişaf etməkdə olan ölkələrdə inkişafına başlamağı təklif edirlər ki, bu da ofşorinqin qayıtmasına gətirib çıxaracaq və əməyi daha cəlbedici edəcək.
Bildirilir ki, insan əməyinin avtomatlaşdırılmış istehsalla birləşdirilməsi daha yaxşı işçi qüvvəsi yaratmağa imkan verəcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Çardaqdan tapılmış köhnə çaynik yarım milyon dollara satıldı
26.09.2020
Dünyanın ən “çirkin“ təyyarəsinin adı açıqlanıb
23.09.2020
Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
23.09.2020
20 çimərlikdə beynəlxalq ekoloji aksiya keçirilib-FOTOLAR
23.09.2020
“Toksik trio”nun gənclərə təsirini araşdırmaq üçün sosial tədqiqat aparılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb
3 Astarada turizm kompleksi istifadəyə verildi, Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı
4 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
5 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info