Azərbaycan “ITU Telecom World 2016“ sərgisində iştirak edir
Tarix: 14.11.2016 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) təşkilatçılığı ilə Tailandın paytaxtı Banqkok şəhərində bu gün “ITU Telecom World 2016” beynəlxalq sərgi və konfransı öz işinə başlayıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, noyabrın 14-də tədbirin rəsmi açılış mərasimi keçirilib və mərasimdə Tailand Krallığının şahzadəsi Maha Çakri Sirindhon, Tailandın baş naziri Prayut Çan-o-Ça və BTİ-nin Baş katibi Hulin Zao çıxış ediblər.
İKT sahəsində innovasiyaların sürətləndirilməsi üçün qlobal platforma rolunu oynayan “ITU Telecom World 2016” fəaliyyətini noyabrın 18-dək davam etdirəcək. Tədbirdə İKT sahəsi üzrə müxtəlif forumlar, müzakirələr və fikir mübadiləsi aparılacaq, sərgi hissəsində milli pavilyonlarda ölkələrin , şirkətlərin müxtəlif  həlləri nümayiş etdiriləcək. Sərgidə sahə üzrə nazirlər, sahibkarlar, tənzimləyici orqanların nümayəndələri, o cümlədən Azərbaycan nümayəndə heyəti iştirak edir. Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyətində nazirliyin qurumları, özəl İKT şirkətlər təmsil olunurlar. Tədbirə 128 ölkədən 25 000 ziyarətçinin qatılması gözlənilir. Sərgidə 30-dək milli pavilyon, o cümlədən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan pavilyonu təşkil edilib. 
Tailand Krallığının şahzadəsi Maha Çakri Sirindhon, Tailandın baş naziri Prayut Çan-o-Ça və BTİ-nin Baş katibi Hulin Zao VİP tur çərçivəsində ölkəmizə məxsus pavilyonla tanış olublar.
Tədbir müddətində ölkə təmsilçilərimizin Nazirlər toplantısında çıxışı, ikitərəfli görüşlər planlaşdırılır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info