Virtual obyektlərin dadını hiss edən texnologiya hazırlanıb
Tarix: 14.11.2016 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


Virtual reallıq sistemlərinin yaradılması ilə məşğul olan alimlər onu əsl reallığa yaxınlaşdırmaq üçün böyük səy göstərirlər. Bu məqsədlə taktil, toxunuşla hissetməni təmin edən qurğular hazırlanır.
Sinqapur Milli Universiteti və Tokio Universitetindən olan alimlər qrupu virtual obyektlərin dad keyfiyyətlərinin imitasiyasında böyük uğura nail olublar. Başqa sözlə desək, indi virtual nabatın şirinliyini və ya virtual kokteylin dadını hiss etmək mümkün olacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “newsland.com” saytına istinadən yazır ki, Sinqapur Universitetinin elmi işçisi Nimeşa Renazinqe artıq uzun müddətdir "virtual dad" texnologiyası üzərində işləyir. O və onun komandası 2013-cü ildə dad duyğularını (turş, acı və duzlu) təmin edən kiçik elektrodlar şəbəkəsindən ibarət dadverən hislərin imitatorunu yaradıblar. Bir il sonra bu ixtira əsasında yaradılmış xüsusi qaşıq qidanın dadını hiss etməyə imkan verib.
Ancaq alimlər elektrik stimulyasiyasının köməyi ilə dad duyğusunun təmin edilməsinə nail ola bilməyiblər. Alimlər stimulyasiyanın daha bir növü olan istilik texnologiyasına müraciət ediblər.
Dadverən hisslərin imitasiyası üzrə hər iki texnologiya yalnız virtual reallıq mühitində dadlı yeməklərlə qidalanmaq üçün nəzərdə tutulmayıb. Bu texnologiyalar müxtəlif səbəblər üzündən qoxu və ya dadı hiss etmək qabiliyyətini itirmiş insanlara kömək göstərə bilərlər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Yerli uçan avtomobil Cezerinin təqdimatı keçirilib
17.09.2019
Moskva sakini lotereyada 286 milyon rubl udub
15.09.2019
Dinozavrları yox edən meteoritin Yer kürəsi ilə toqquşduğu gün nələr yaşanıb?
15.09.2019
MKİ SSRİ-ni izləmək üçün heyvanlardan da istifadə edib
15.09.2019
Qaçaqmalçılardan 800 yaşlı kitab aşkarlandı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info