“ASAN Könüllüləri” SOCAR-da təcrübə keçəcəklər
Tarix: 14.11.2016 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


“ASAN Könüllüləri” SOCAR-da təcrübə keçəcəklər.
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, şirkət və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında imzalanmış ““ASAN Könüllüləri”nin SOCAR-ın bütün struktur bölmələrində ixtisaslarına uyğun olaraq təcrübə keçmələri barədə əməkdaşlıq Sazişi”nin icrası məqsədilə “Master 2” layihəsi çərçivəsində 55 nəfər könüllü üçün test imtahanı təşkil edilib. SOCAR-ın İnsan Resursları Departamentində təşkil edilən test imtahanlarında təcrübə keçmək üçün müraciət etmiş “ASAN Könüllüləri”nin məntiqi təfəkkürü yoxlanılıb. İmtahanlar zamanı könüllülərə təqdim edilmiş 40 test tapşırığının cavablandırılmasına 60 dəqiqə vaxt verilib. İmtahanda hər bir test tapşırığı 1 balla qiymətləndirilib və səhv cavablar düzgün cavablara təsir etməyib. İmtahan zamanı “ASAN könüllüləri” onlara ayrılan vaxtdan istifadə edərək test imtahanını bitirdikdən dərhal sonra əyləşdikləri kompüterin monitorundan avtomatik olaraq topladıqları bal haqqında məlumat ala biliblər.
Test imtahanından müvəffəqiyyətlə keçən könüllülər yaxın zamanda müsabiqənin növbəti mərhələsinə - müsahibəyə dəvət ediləcəklər. Ödənişsiz istehsalat təcrübəsi müddətində fərqlənən könüllülərə təcrübə bitdikdən sonra SOCAR-ın müvafiq sertifikatları təqdim olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib
18.09.2018
Bu il Azərbaycana payız sentyabrın 23-də qədəm qoyacaq
17.09.2018
Bu ildən Aqrar Universiteti fərqlənmə diplomu ilə bitirən tələbələr işlə təmin olunacaqlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info