Gənc sərhədçilər Vətənə sədaqət andı içiblər 
Tarix: 14.11.2016 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində və Xızı rayonu ərazisində yerləşən hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki şəxsi heyətə çatdırılıb.Konstitusiya Gününə təsadüf edən mərasimlərdə böyük dövlət xadimi ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə demokratik prinsiplər əsasında hazırlanmış Konstitusiyanın qəbul edilməsinin dövlətçilik tariximizdə yeni mərhələnin başlanğıcı olduğu, Əsas Qanunumuzun yaratdığı geniş imkanlardan bəhrələnən xalqımızın Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbələrə imza atması, respublikamızın sürətli inkişafa nail olması qürur hissi ilə qeyd edilib.Dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağı əsas niyyətlər kimi bəyan edən Konstitusiyamızın ölkəmizin hərbi qüdrətinin artırılmasına, ordu quruculuğu sahəsində böyük uğurların qazanılmasına, o cümlədən sərhəd mühafizəsinin müasir tələblər səviyyəsinə qaldırılmasına əlverişli zəmin yaratdığı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət sərhədlərimizin toxunulmazlığının təmin edilməsi istiqamətində davamlı dinamik inkişafa nail olunduğu xüsusi vurğulanıb.
Çıxışlarda Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminlik ifadə edilib.
Tədbirlərdə iştirak edən validеynlər hərbi hissələrdə yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, övladlarını təbrik еdərək, onlara Vətən sərhədlərinin kеşiyində ayıq-sayıq dayanmağı tapşırıblar.
Tədbirlər gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info