Neft Fondu Qlobal İnfrastruktur Fonduna sərmayə yatıracaq
Tarix: 01.04.2013 | Saat: 23:07:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Beynəlxalq Maliyyə Korporasiyası (BMK) və digər suveren və təqaüd fondları ilə birgə yeni yaradılmış Beynəlxalq Maliyyə Korporasiyasının Qlobal İnfrastruktur Fonduna sərmayə yatırmağa başlayıb.
Fonddan daxil olan məlumata görə, sözügedən fond sərmayəçilərə inkişaf etməkdə olan bazarlarda infrastruktur layihələrinə və infrastruktur sahəsində fəaliyyət göstərən şirkətlərə investisiya yatırımları etmək üçün nəzərdə tutulub. BMK-nın aktivlərin idarə edilməsi şirkəti tərəfindən idarə ediləcək Qlobal İnfrastruktur Fondu enerji, nəqliyyat, kommunal xidmətlər, telekommunikasiya, şəhər infrastrukturu və infrastruktur xidməti sahəsində fəaliyyət göstərən şirkətlərə investisiya yatırımına imkan verəcək. İlkin tranşda BMK-nın Qlobal İnfrastruktur Fondu 500 milyon ABŞ dolları məbləğində vəsaiti idarə edəcək ki, bu vəsaitin də 150 milyon ABŞ dollarının ARDNF tərəfindən ayrılması nəzərdə tutulur və fond son tranşa qədər yatırımlarını 200 milyon ABŞ dollarına çatdırmağı planlaşdırır. Qeyd edək ki, ARDNF 2010-cu ildə BMK-nın aktivlərin idarə edilməsi şirkəti tərəfindən idarə edilən Afrika, Latın Amerikası və Karib Fonduna 100 milyon ABŞ dolları və 2012-ci ildə BMK-nın Katalizator Fonduna 50 milyon ABŞ dolları məbləğində sərmayə yatırıb.
ANAR




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Millət vəkili Tahir Rzayev: “Ölkədə həyata keçirilən proqramlar iqtisadi inkişafa təkan verir”
21.05.2019
Sahib Məmmədov: Real sektora yatırılan investisiyalar öz nəticəsini verməkdədir
21.05.2019
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib
21.05.2019
“Tarqovı”nın bağlanacağı xəbəri təxribat xarakteri daşıyır” - BŞİH-dən açıqlama
21.05.2019
Mayın sonunadək xüsusi metodikalar əsasında sektorlar üzrə vergi boşluqları qiymətləndiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info