Müasir Azərbaycan gəncliyi zirvələrə doğru
Tarix: 14.11.2016 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


Azərbaycanın 25 illik müstəqillik dövrü ölkənin hərtərəfli inkişafı ilə yanaşı həm də dövlət gənclər siyasətinin formalaşması və güclənməsi ilə xarakterizə edilir. Bu gün gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsi olaraq daim gənclərin cəmiyyətdəki aktiv mövqeyinin gücləndirilməsi, imkanlarının artırılması, onların təhsilinə, mənəvi tərbiyəsinə, fiziki inkişafına, hüquqlarının qorunmasına xüsusi diqqət və qayğı göstərərək mübariz, vətənpərvər, sağlam düşüncəli nəslin yetişdirilməsinə xidmət edir. Aparılan dövlət gənclər siyasətinin nəticəsidir ki, gənclərlə bağlı məsələlər çevik həllini tapır, onların potensialı yüksək qiymətləndirilir, qarşıya çıxan çətinliklərin həllinə daim diqqət yönəldilir.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi (GPEAM) yarandığı gündən bu istiqamətdə ardıcıl olaraq fəaliyyətini davam etdirir, gənclərin hərtərəfli formalaşmasında prosesində yaxından iştirak edir. 2001-ci ildən fəaliyyət göstərən GPEAM gəncləri narahat edən aktual məsələlərin elmi-nəzəri biliklərə söykənən metodologiya əsasında öyrənilməsi, onların həll olunması üçün zəruri resursların cəlb edilməsi məqsədilə çoxsaylı dəyirmi masalar, seminarlar, elmi-praktik konfranslar və digər tədbirlər keçirməyə müvəffəq olmuş, bir sıra ciddi əhəmiyyət kəsb edən məsələlərin elmi-konseptual əsaslarını işləmiş, əldə olunmuş nəticələr əsasında metodik tövsiyələr və təkliflər hazırlanmışdır. “Gənclər Evi” müəssisəsinin inkişafı istiqamətində görülmüş mühüm işlər belə nümunələrdən biridir. Bu sahədə aparılmış geniş araşdırmalar, keçirilmiş sorğular “Gənclər Evi” müəssisəsinin inkişaf konsepsiya layihəsinin hazırlanmasını zəruri etmişdir. Layihə qabaqcıl ölkələrin təcrübəsi öyrənilməklə milli qanunvericiliyə və normativ aktlara əsaslanaraq gənclər siyasətinin tənzimlənməsi və inkişafını əhatə edir. Gənclərin bütün təbəqələrinin, xüsusilə də bölgələrdə yaşayan gənclərin böyük əksəriyyətinin cəmiyyətin ictimai-siyasi prosesində fəal iştirakının təmin edilməsi məqsədilə gənclər evlərinin inşa edilməsi və bu sahədə mühüm qərarlar qəbul olunmuşdur. Bu istiqamətdə artıq bir sıra nəticələr əldə edilmişdir. Lakin bununla yanaşı olduqca vacib olan həmin müəssisələrin daima inkişaf etməsi, günün tələblərinə, xüsusilə də gənclərin ehtiyaclarına cavab verən fəaliyyətin təşkilidir. Məhz bu səbəb “Gənclər Evi” müəssisələrinin İnkişaf Konsepsiyasının yaranmasını şərtləndirən mühüm amillərdən biridir. Bu konsepsiya layihəsi “Gənclər evi” fəaliyyətinin əsasını təşkil edən könüllülük hərəkatı, sağlam həyat tərzi, vətənpərvərliyin formalaşdırılması, asudə vaxtın təşkili; milli-mənəvi dəyərlərin aşılanması, kiçik və orta sahibkarlığın inkişafı prossesində gənclərin rolunun artırılması, gənclərin layihələrinin və proqramlarının inkişafı üzrə təkliflər öz əksini taparaq müəyyən olunmuş aktual məsələləri aradan qaldıra biləcək metodologiya ortaya qoyulur.
Bu gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək dünyanın hər bir yerində olduğu kimi, Azərbaycanda da həm müstəqilliyin qorunması, həm də demokratik quruculuq işlərinin təməlidir. Gənclərin inkişafından danışarkən dövlət gənclər siyasətinin təhsil sahəsindəki uğurlarına toxunmamaq mümkün deyil. Son 10 il ərzində bu istiqamətdə aparılan islahatlar potensiallı gəncliyin inkişafını sürətləndirir. Hər bir perspektivli Azərbaycan gəncinin yetişməsinə ölkəmizdə dövlət tərəfindən lazımi şərait yaradılmışdır. Nəzərə alsaq ki, Azərbaycan yeni inkişaf keçid dövründədir, neft kapitalının insan kapitalına çevrilməsi, ölkənin yüksək ixtisaslı kadrlara olan ehtiyacını təmin etmək məqsədilə gənclərin xaricdə təhsil almalarına göstərilən dövlət dəstəyi bu sahədə atılan ən mühüm addımlardan biridir. Eyni zamanda belə gənclərimiz xarici ölkələrdə Azərbaycan xalqının təmsilçisi, onun qədim mədəniyyətinin, adət -ənənələrinin, Qarabağ həqiqətlərinin təbliğatçılarıdırlar. Bundan ziyadə təhsilini xaricdə inkişaf etdirən gənclər əcnəbi dil səviyyəsinin yüksəldilməsi, digər ölkələrin mədəniyyətləri ilə tanışlığa nail olurlar. Qürurverici haldır ki, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin Xaricdə təhsil almaları dövlət proqramı çərçivəsində 3000-dən çox iddiaçı gənc dünyanın aparıcı dövlətlərinin ali təhsil müəssisələrinə göndərilmişdir. Təəssüf ki, bəzi gənclərimiz istədikləri peşəni seçim etmədikləri üçün arzuladıqları işə qəbul ola, öz potensiallarından düzgün istifadə edə bilmirlər. Mərkəzin bu sahə üzrə keçirmiş olduğu “Gənclərin əmək bazarında tələb və təklif olunan peşələrə münasibəti” mövzusunda sosioloji sorğu gənclərin əmək bazarında təklif olunan peşələrin tələbata nə dərəcədə uyğun olub-olmamasını özündə əks etdirir. Nəticədə gənclər arasında ixtisaslı və peşəkar kadrların yetişdirilib ortaya çıxarılması kadr çatışmamazlığı məsələsinin həllinə köklü şəkildə yanaşılmanı vacib edir. Bunun üçün işin əsasını təhsil müəssisələrindən başlayaraq gənclərin maarifləndirilməsi və bu istiqamət üzrə aparılan işlərin təklifi xüsusi yer tutur.
Son zamanlar gənclər arasında distant təhsilə maraq geniş yayilmışdır . Araşdırmalar göstərir ki,bu təhsil sistemi xaricdə təhsilə maraq göstərən gənclərin arzularının reallaşması ilə yanaşı daim inkişafa həvəs göstərənlərin təkmilləşdirilməsi, əlavə təhsilə üstünlük verənlər , müəyyən fiziki qüsurlu şəxslər, evdar gənc analar , karyeradan ayrılmadan yeni biliklər əldə etmək istəyənlər, məhbus həyatı yaşayan yeniyetmələr və başqa həssas kateqoriyadan olanlara çox maraqlı ola bilər. İqtisadi baxımdan sərfəliliyi, hamı üçün əlçatan olması, tələbənin zaman və məkan seçimindəki sərbəstliyi kimi əsas üstünlüklərlə yanaşı bu proses gəncləri müasir informasiya cəmiyyətində yaşamağa və işləməyə daha yaxşı hazırlayır. Beynəlxalq statistikaya əsasən distant təhsildə “tələbələrin” əksəriyyəti yaşı 25-i ötmüş, işləyən və karyeradan ayrılmadan peşəkar biliklərini təkmilləşdirmək istəyən şəxslərdir.
Sosiallaşmanın digər vacib amili sağlam ailə institutunun formalaşmasıdır ki, bu problematika müasir dövrdə cəmiyyətin diqqət mərkəzində durur. Məişət zorakılığı, valideyn məsuliyyətsizliyi, boşanmalar ailə institutunun zəifləməsi, erkən nikah amili milli genefondun zədələnməsinin əsas səbəblərindəndir. Gənclər siyasətinin həlli çətin olan məsələlərdən ən mühümüdür. Son 16 ildə 50976 nəfər erkən nikaha daxil olub və 6 ildə belə ailələrdən 21,5 minə yaxın uşaq dünyaya gəlmişdir. Qeyri-rəsmi statistikaya əsasən 2015-ci ildə erkən yaşda (18 yaşadək) ana olan qadınlar tərəfindən 3637 uşaq dünyaya gəlib. Bakıda 283 nəfər vətəndaş nikahında olaraq erkən ana olanların bölgələrə nisbətən üstünlük təşkil edir. Erkən nikahların yaranma səbəbləri maarifləndirmə işlərinin daha da genişləndirilməsini tələb edir. Mərkəz gənclərin erkən nikahın mənfi təsirlərinin aradan qaldırılma yolları və bu sahədə maarifləndirmə işinin təşkili məqsədilə “Erkən nikah və onun fəsadları” adlı dəyirmi masa keçirmişdir.
Təxminən Azərbaycan əhalisinin 1/3-ini təşkil edən müstəqil gəncliyin dünyaya fəal şəkildə inteqrasiyası, ölkənin bütün idarəetmə strukturlarında, qurumlarında, vətəndaş cəmiyyəti institutlarında layiqincə yer tutması möhkəm dövlətçiliyin, gənclər siyasətinin üstünlüyüdür. Dövlətimizin yürütdüyü gənclər siyasəti Konstitusiya islahatlarında da öz əksini tapdı. Xüsusən yaş həddinin götürülməsi dövlətçilik təcrübəsinə malik, beynəlxalq aləmdə qiymətləndirməni bacaran yüksək potensiallı gənclərin parlamentə seçilməsinə, icra qurumlarında rəhbər vəzifələrə və digər idarəetmə strukturlarına təyin edilməsinə şərait yaradır. Bu da gənclər tərəfindən Azərbaycan gələcəyinin inkişafının təmin edilməsində onlara göstərilən etimadın bariz nümunəsidir. Gənclərin seçki proseslərində fəal şəkildə iştirak etməsi dövlətin gələcəyinin formalaşmasında xüsusi önəm kəsb edir. Əvvəlki illərlə müqayisədə gənclərin xüsusən ilk dəfə səs verən gənclərin səsvermə proseslərində fəallığı aparılmış sorğuların nəticələrində də öz əksini tapır. ABŞ-in “AJF &Associates İnc” təşkilatı Vətəndaşların Əmək Hüquqları Müdafiə Liqası ilə birgə Azərbaycanda referendum öncəsi (əhalinin səsverməyə hazırlığı və onların ölkənin siyasi həyatında iştirak səviyyəsinin araşdırılması ilə bağlı) 1000 respondent arasında keçirdiyi sorğuda iştirak edənlərin 25,8 faizini məhz 18-29 yaş arasında olan şəxslər təşkil etmişdir ki, bu da gənclərin ölkəmizin demokratik quruculuq prosesində iştirakının yüksək səviyyədə olmasından xəbər verir.
Ümummilli liderimiz Heydər Əliyevin ideyaları əsasında formalaşan dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda həyata keçirilən gənclər siyasəti müasir zamanın tələblərinə , sosial – iqtisadi inkişafa , elmi – tərəqqiyə uyğun yeni mərhələyə keçir.

Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar
Mərkəzinin direktoru Qədəmşah Sadıxov




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”
24.09.2018
Əli Əhmədov: “Kənd təsərrüfatı ixrac potensialının daha da yüksəlməsinə öz töhfəsini verəcək”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info