PR menecerləri üçün təlim keçirilib
Tarix: 14.11.2016 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


Bakıda "Baku School of Public Relations" şirkətinin və “Azerbaijan Public Relations Association" (APRA) təşkilatçılığı ilə bank sektorunda çalışan ictimaiyyətlə əlaqələr (PR) mütəxəssisləri üçün "Bank sektorunda PR" və "Böhran Kommunikasiyası" mövzusunda növbəti təlim keçirilib.
 
Azərbaycan Mərkəzi Bankının (AMB) mətbuat katibi, PR üzrə mütəxəssis Namiq Əliyev və "Alibayov Kommunikasiya & Konsaltinq Şirkəti"nin rəhbəri, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun (Fransa) Ekspertlər Şurasının üzvü Vəli Əlibəyov tərəfindən aparılan təlim proqramı kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər tərəfindən maraqla qarşılanıb.
 
İki gün davam edən təlimdə PR mütəxəssislərin bu sahədə fikir mübadiləsi aparılıb, bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübə ilə bağlı məlumatlar verilib. Təlimin ilk günü N. Əliyev ictimaiyyətlə əlaqələr, media ilə əlaqələr - əsas anlayışlar, müasir yanaşmalar, mətbuat xidməti necə olmalı, kommunikasiya əsrinin KİV-i: qəzetlər, jurnallar, internet, televiziya, radio, hədəf auditoriyalara görə informasiya kanallarının seçimi, hədəf auditoriyalar üçün nəzərdə tutulmuş məlumatların klassik və müasir çatdırılma yolları, mətbuat xidməti və KİV mövzuları barəsində ətraflı məlumat verib.
 
Təlimin növbəti günü V. Əlibəyov banklarda böhran kommunikasiyası və onları həlli yolları mövzusunda maraqlı təqdimat edib.
 
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info