İki yaşayış məntəqəsinin içməli su təchizatı yaxşılaşdırılıb 
Tarix: 14.11.2016 | Saat: 20:45:00 | E-mail | Çapa göndər


Yardımlı rayonunun Yolocaq və Horoni kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması layihəsinin icrası yekunlaşıb.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, kəndlərə içməli suyun verilməsi mərasimində Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov bölgələrdə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətindən danışıb, kəndlərin içməli su təchizatının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə sakinlər adından ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Millət vəkili Musa Qasımlı mürəkkəb relyef şəraitində yerləşən kəndlərin içməli su probleminin həll edilməsini mühüm hadisə adlandıraraq belə layihələrin sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına səbəb olduğunu vurğulayıb.
“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC direktorunun müavini Ramin Sadıqov kənd yaşayış məntəqələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə həyata keçirilən layihələr barədə məlumat vermiş və bu tədbirlərin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb: “Azərbaycan Prezidenti İlham Əliyevin istehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. Yardımlı rayonunun Yolocaq və Horoni kəndlərini içməli su ilə təmin etmək üçün 3,6 km magistral su xətti çəkilmiş, 50 kubmetr tutumu olan su anbarı quraşdırılmış, hər bir ev təsərrüfatına birləşmə verilib. Layihənin icrası nəticəsində bu kəndlərdə 1500-dən çox sakinin içməli su təchizatı yaxşılaşdırılıb”.
Ümumilikdə layihə çərçivəsində Yardımlı rayonunun Osnakəran, Bürzünbül, Vərgədüz, Bilnə, Əngövül, Vərov, Yolocaq, Horoni, Separadi, Keçələkəran, Bozayran, Dəryavar, Sırıq, Anzov, Hamarkənd və Zəngənə kəndlərində 12 mindən çox sakinin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur. Bu kəndləri içməli su ilə təmin etmək üçün mənbə olaraq Sineyir mənbəyi seçilib. Su mənbəyində sugötürücü qurğu inşa edilmiş, buradan yaşayış məntəqələrinə qədər 30,6 km uzunluğunda magistral kəmər çəkilib, su anbarları tikilib.
2015-ci ildə Vərgədüz, Osnakəran, Bürzünbül, Bilnə, 2016-cı ildə Vərov, Yolocaq və Horoni kəndlərinə suyun verilməsi təmin edilib, ümumilikdə 8000-dən çox sakinin içməli su təchizatı yaxşılaşdırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info