İstanbulda Xalq şairi Səməd Vurğunun yubileyi qeyd olunub
Tarix: 14.11.2016 | Saat: 20:50:00 | E-mail | Çapa göndər


İstanbulda keçirilən 35-ci beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində fəaliyyət göstərən Azərbaycan bölməsində Xalq Şairi Səməd Vurğunun anadan olmasının 110 illiyi münasibətilə anma mərasimi keçirilib.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə keçirilən mərasimdə rəsmi şəxslər, o cümlədən ölkəmizin İstanbuldakı Baş konsulluğunun rəhbərliyi, Azərbaycan və Türkiyədən olan ziyalılar, yazıçı və şairlər, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Mərasimdə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev, AMEA-nın müxbir üzvü, Azərbaycan Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı Nizami Cəfərov, Səməd Vurğunun Ev Muzeyinin direktoru Nüşabə Vəkilova, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və türkiyəli yazıçı Yasemin Bayer çıxış ediblər.
Kərim Tahirov və Vaqif Əliyev çıxışlarında Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında son illər Azərbaycanın görkəmli şəxsiyyətlərinin tanıdılması istiqamətində Vətənimizdə və xarici ölkələrdə silsilə mərasimlərin keçirilməsinin əhəmiyyətindən bəhs ediblər. Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyev tərəfindən möhkəm təməl üzərində qoyulan bu ənənəni dövlətimizin başçısının uğurla davam etdirməsi həm Azərbaycanın tanıdılması və təbliği, həm də tarixi şəxsiyyətlərin yaradıcılığına, onların zəhmətinə qiymət verilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Səməd Vurğun yaradıcılığının ayrı-ayrı istiqamətləri, o cümlədən sovet senzurasının ağır məhdudiyyətlərinə baxmayaraq böyük şairimizin doğma Vətəninə, xalqına, torpağına olan tükənməz sevgi və məhəbbətini ədəbi ustalıqla tərənnüm etməsindən danışılıb.
Nizami Cəfərov, Nüşabə Vəkilova və Rəşad Məcid Xalq Şairinin ədəbi dilindəki rəvanlıq, yaradıcılığındakı rəngarənglik, zəngin söz ehtiyatı kimi məqamlardan bəhs ediblər. Əminliklə qeyd olunub ki, böyük şairin yaratdığı nadir əsərlər həmişə sevilə-sevilə oxunacaq.
Səməd Vurğunun əsərlərinin Azərbaycanın təbliği baxımından böyük əhəmiyyət daşıdığını diqqətə çatdıran Yasemin Bayer qeyd edib ki, Azərbaycanın müstəqilliyinin bərpa olunmasından sonra Türkiyənin ədəbi mühitində qardaş ölkənin ədiblərinin tanıdılması üçün daha böyük şərait yaradılıb. Yazıcı vurğulayıb ki, Səməd Vurğun yaradıcılığı Azərbaycanda olduğu kimi Türkiyədə də sevilir.
Çıxışlarda qeyd olunub ki, Səməd Vurğun yaradıcılığına ən böyük qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin “Azərbaycan” şeirini böyük sevgi ilə oxuması əslində hər bir vətənpərvər azərbaycanlının Səməd Vurğun yaradıcılığına olan məhəbbətinin təzahürü kimi həyata vəsiqə qazanıb.
Sonra Əməkdar Artist Mehriban Zəki Səməd Vurğunun məşhur “Azərbaycan” və digər şeirlərini səsləndirib.
Daha sonra Səməd Vurğunun mənalı həyat və yaradıcılığını əks etdirən film nümayiş olunub. Filmdə ulu öndər Heydər Əliyevin Səməd Vurğunun “Azərbaycan” şerini söyləməsinə aid tarixi məqam da əks olunub.
Qeyd edək ki, Xalq Şairi Səməd Vurğunun anadan olmasının 110 illiyi münasibətilə daha iki anma mərasimi Türkiyənin Ankara şəhərində keçiriləcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info