ADPU-nun tələbələri Abdulla Şaiqin ev-muzeyində
Tarix: 14.11.2016 | Saat: 21:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsinin bir qrup tələbəsi bu günlərdə şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi Abdulla Şaiqin ev-muzeyində olublar. Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən ev-muzeyin direktoru yazıçının nəvəsi Ülkər Talıbzadədir. O, tələbələrimizi gülərüzlə və mehribanlıqla qarşılayıb, ev-muzey haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Abdulla Şaiq 1900-cü ildə Tiflisdən Bakıya köçərək ilk illər anası Mehri xanım və böyük qardaşı Yusif Ziya Talıbzadə ilə İçərişəhərdə kiçik bir mənzildə yaşayıb. Bundan sonra, o, yaşayış yerini bir neçə dəfə dəyişib, şəhərin müxtəlif yerlərində mənzil kirayə edib. 1916-cı ildə bu gün "Abdulla Şaiqin ev-muzeyi" adını daşıyan, Yuxarı Dağlıq küçəsində (indiki A.Şaiq adına küçədə) 21 saylı evin 2-ci mərtəbəsində beş otaqdan ibarət mənzilə köçüb, bu mənzildə ömrünün sonuna qədər yaşayıb. 
Sonra tələbələr bələdçi Sevda xanımın iştirakı ilə ev-muzeyin bütün otaqlarını gəziblər. Sevda xanım məlumat verib ki, A.Şaiqin qələm və sənət dostlarından N.Vəzirov, S.S.Axundov, H.Cavid, Bülbül, Y.V.Çəmənzəminli, S.Hüseyn, Ə.Cavad, Ə.Abid, A.Musaxanlı, T.Ş.Simurq, M.M.Seyidzadə, M.Rzaquluzadə, M.Hüseyn, Q.Xaliqov, H.Əlizadə və xüsusən, S.Vurğun bu mənzilin qonaqları olublar. Yazıçı elmi və yaradıcılıq məsləhətləri almağa gələn tələbələr, aspirantlar, məktəb şagirdləri ilə bu mənzildə dəfələrlə görüşüb, öz yeni əsərlərini onlara oxuyub, maraqlı söhbətlər edib, məsləhətlər verib. Ev-muzeydə şairin portretləri, tərcümələri, əlyazmaları, geyimləri, şəxsi əşyaları, ev əşyaları və başqa əşyalar qorunub saxlanılır. A.Şaiqin iş masası, şəxsi geyimləri tələbələrdə daha çox maraq oyadıb. Ev-muzeydə A.Şaiqin əsərlərində olan obrazların təsvirləri çox maraqlı idi. Sonda isə fakültənin tələbələri ev-muzeyin xatirə dəftərinə öz fikirlərini yazıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10124

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info