Qərb təşviş içində
Tarix: 15.11.2016 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


“ABŞ ilk dəfə olaraq dünya liderliyi marağında olmayan şəxsi özünə prezident seçib”

“II Dünya müharibəsindən sonra ABŞ ilk dəfə olaraq dünya rəhbərliyi marağında olmayan şəxsi özünə prezident seçib. Avropa artıq ikimənalı mövqedən imtina etmək məcburiyyətindədir”. Bu fikirlərə Fransanın “Monde” nəşri öz səhifələrində yer ayırıb. Bunu “dövrün sonu” kimi də xarakterizə etmək mümkündür.
Məqalədə qeyd edilir ki, ABŞ-a II Dünya müharibəsindən sonra “xeyriyyəçi hegemon” kimi bir miras qalmışdı. “Soyuq müharibə”dən, kommunizmin və Sovet İttifaqının dağılmasından sonra Vaşinqton Qərbin başında duran dünya lideri kimi mövqe tutmuşdu. Nəşrin yazdığına görə, artıq 79 ildən bəri Qərbin başında dayanan ABŞ-ın hegomonluğuna yeni prezident - Donald Tramp son qoya bilər. Hələ seçkiöncəsi çıxışlarında “Amerikanın əvvəlki əzəmətini geri qaytaracağı” barədə şüarlar səsləndirən respublikaçı namizəd, ilk olaraq, iqtisadi firavanlığı önə çəkirdi. Ukrayna və ya Suriyada münaqişələrə müdaxilə ilə bağlı hər hansı bir addımın atılması Trampın proqramına daxil olmayan məsələlərdir. Əgər Tramp dəyərlər barədə danışırsa, bu, daha çox iş və uğur dəyərləri kimi başa düşülməlidir. Məsələn, Çini tənqid edən Tramp bunu vətəndaş azadlıqları sahəsi ilə bağlı deyil, məhz ticarət sahəsi iə bağlı edir. Maraqlıdır, görəsən, Qərb ABŞ-ın yeni prezidentini həyata keçirəcəyi siyasətə qarşı hansı mövqe ortaya qoyacaq? Nəşr yazır ki, Qərb “soyuq müharibə”dən qalib çıxıb, Yaponiya və Avstraliya kimi ölkələr Marşall planı sayəsində imtiyazlı bir mövqe tutmağa nail olublar. Nəşr qeyd edir ki, Qərbi ən çox narahat edən məsələ Trampın NATO ilə bağlı mövqeyidir. “Tramp iqtisadiyyatda proteksionizmə üstünlük verir. Bəs, diplomatiya sahəsində necə olacaq? II Dünya müharibəsindən sonra bütün Avropa ilk dəfə olaraq antipod vəziyyətlə üzləşib. Belə görünür ki, Qərb yenidən bir cəbhədə birləşə bilər. Amma Tramp buraya Rusiya prezidenti Vladimir Putini də cəlb etsə, birlik alınmayacaq. Ona görə də Tramp dönəmində Qərbi, ümumiyyətlə, dünyanı hansı ssenarilərin gözlədiyi bəlli deyil”- deyə nəşr qeyd edib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info