“Qarabağ”ın oyunçusu millidən imtina etdi
Tarix: 15.11.2016 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


“Qarabağ”ın hücumçusu Dino Ndlovu Cənubi Afrika Respublikası millisinin baş məşqçisi Efraim Maşabadan narazılıq edib. Afrikalı futbolçu “World” qəzetinə müsahibəsində yaxşı formada olmasına baxmayaraq, milliyə dəvət edilmədiyini deyib və baş məşqçini günahlandırıb.
Qeyd edək ki, 26 yaşlı Ndlovu son dəfə CAR millisinə 2014-cü ildə, Afrika Millilət Kubokunun oyunları zamanı çağırılıb, lakin ona oynamaq şansı verilməyib. “Mən çox təəssüf edirəm ki, beynəlxalq miqyasda uğurla çıxış etməyimə baxmayaraq, o, məni görməzdən gəlir. Əminəm ki, Maşabanın mənimlə problemi var” - deyə Ndlovu bildirib. Ndlovu həmçinin bildirib ki, hazırda millinin bir çox oyunçusu Maşabanın fəaliyyətindən narazıdır: “Onun rəhbərliyi altında millidə oynamaram. İstəyirəm hamı bilsin, nə qədər ki, Maşaba komandanın baş məşqçisidir, milliyə dəvət alsam da, getməyəcəyəm. Mən onun istədiyi kimi məşq etmişəm, amma oynamaq şansı verməyib. Əgər belədirsə, milliyə dəvət edilməyimin nə adı var?” O deyib ki, daha iki futbolçu millidə oynamaqdan imtina edib: “Maşabanın idarəçiliyindən çox futbolçu narazıdır. Amma onlar bunu deməyə qorxurlar”.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
“Qarabağ” “Qəbələ”yə böyük hesabla qalib gəlib
23.09.2018
“Qalatasaray” ikinci dəfə böyük hesabla məğlubiyyətə uğrayıb
23.09.2018
Azərbaycan Premyer Liqası: “Sumqayıt” səfərdə “Keşlə”ni məğlub edib
23.09.2018
Dünya çempionatının dördüncü günündə yeddi ölkənin cüdoçuları fəxri kürsüyə qalxıblar
23.09.2018
Kifayət qədər yaxşı oyun nümayiş etdirdik

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info