“Türk fraksiyası” həmin bölgələrin daha çox inkişafına səbəb olacaq”
Tarix: 15.11.2016 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


“Türklərin məskunlaşdığı bölgələrin fraksiyasının təşkili həmin bölgələrin daha çox inkişafına səbəb olacaq. Bu fraksiyanın yaradılması digər əyalətlərdən ayrılmaq anlamında deyil, həmin bölgələrin inkişafı üçün nümayəndələrin birləşməsi məqsədi daşıyır”.
Bu sözləri APA-ya açıqlamasında İran parlamentinin Təbrizdən olan nümayəndəsi Əhməd Əlirzabeygi deyib. O bildirib ki, türklərin məskunlaşdığı bölgələrin inkişafı fraksiyasının müvəqqəti rəyasət heyəti yaradılıb: “Hazırda parlamentin rəyasət heyətinin fraksiyanın təşkili ilə bağlı qərarını gözləyirik. Məsələ baxılması üçün növbədədir”. Ə. Əlirzabeygi qeyd edib ki, Azərbaycan və İran müştərək tarixə, mədəniyyətə malikdir, oxşarlıqları çoxdur: “İran həmişə Azərbaycana münasibətdə xeyirxah olmağa çalışıb, buna nümunə kimi viza rejiminin İran tərəfindən birtərəfli ləğvini, Naxçıvan və Azərbaycanın digər hissəsi arasında əlaqəni öz ərazisi vasitəsilə təmin etməsini göstərmək olar. Eyni zamanda, çalışmışıq ki, baş vermiş münaqişə bizə yaxın olan Azərbaycan xalqına ziyan vurmasın”. Ə. Əlirzabeygi qeyd edib ki, iki ölkənin potensialından əməkdaşlıq üçün istifadə etmək hər iki ölkənin xeyrinə olacaq: “Biz Azərbaycanın nə kimi potensiala malik olduğunu bilirik və gözləyirik ki, Azərbaycan öz imkanlarından yararlanaraq İrana yardım etsin. Eləcə də Azərbaycan İranın imkanlarından istifadə edə bilər. Bu gün iki ölkənin dəmir yolu xətlərinin birləşdirilməsi bizim üçün çox önəmlidir. Bu dəmir yolu bizim Rusiya və Avropa dəmir yoluna birləşməmizə şərait yaradır və digər tərəfdən, İran Azərbaycan üçün bu imkanı yaradır ki, öz dəmir yolunu Fars Körfəzi ölkələrinə birləşdirsin”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info