“Bütün ölkələr analoq yayımı dayandıracaqlar”
Tarix: 15.11.2016 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


“Bölgələrdə analoq yayımı bu ilin sonuna qədər, hətta ola bilsin ki, 2017-ci ildə dayandırıla bilər”. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
O bildirib ki, bölgələrdə analoq yayımın dayandırılmasının ləngiməsi dekoderlərlə bağlı ola bilər: “Ola bilsin ki, ayrı-ayrı bölgələr üzrə analoq yayımın dayandırılması ilə əlaqədar vaxt müəyyənləşdirək. Çünki bazar iqtisadiyyatının şərtlərinə görə dekoderləri vətəndaşlar özləri almalıdır. Amma birdən-birə bu proses ölkə miqyasında olsa, kifayət qədər dekoder tapılmaya bilər. Lakin biz yenə də qəbul etdiyimiz qərara uyğun hərəkət edəcəyik. İstəmirik ki, dekoderlərin qiyməti qalxsın. Bir qədər əvvəl dekoderlərin qiyməti qalxdı, vətəndaşlar lazım olanda, onları əldə edə bilmədi. Bu məsələ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılaşdırılıb. Bu iş birbaşa vəzifəmiz deyil. Düşünürəm ki, ciddi problem olmayacaq”.
“Milli Televiziya və Radio Şurası hələ bir neçə il bundan qabaq analoq yayımının dayandırılması ilə bağlı kifayət qədər konfranslar keçirib, maarifləndirmə işləri aparıb. Biz analoq yayımın daha tez dayandırılmasını istəyirdik. Çünki bu həm də bir imic məsələsidir. Biz sosial cəhətdən problemi olan insanlarla bağlı Nazirlər Kabinetinə müraciət etmişdik. Ona görə bu məsələ bir qədər uzandı, amma nəhayət qərar verməli idik. Çünki Beynəlxalq Telekommunikasiya İttifaqının da tövsiyəsi belə idi ki, 2015-ci ilin iyun ayında artıq bütün ölkələr analoq yayımı dayandırmalı idi. Amma yenə də əhalinin müəyyən hissəsinin vəziyyətini nəzərə alaraq, bunu daha gec etməyə qərar verdik və nəhayət ki, bu il qərar verdik. Həm də Prezidentin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”na əsasına analoq yayım bu ilin sonuna kimi dayandırılmalı idi. Biz də həmin proqramın icrasını həyata keçirmək üçün belə bir qərar verdik. Artıq Bakı və Abşeron yarımadasında analoq yayımı dayandırılıb. Bizi qınayanlar deyirlər ki, biz əvvəlcədən hazır olmadıq. Artıq 3 ilə yaxındır ki, bu proses gedir. Ölkədə çoxlu sayda vətəndaş kabel şəbəkəsinə, peyk antenalarına qoşulub. Əhalinin böyük bir hissəsi bu prosesə hazırdır”, - deyə MTRŞ sədri qeyd edib. Qeyd edək ki, noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb. Bakı şəhəri və Abşeron yarımadasında yalnız rəqəmli TV yayımı həyata keçirilir. Növbəti mərhələdə respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə MTRŞ-da qərar qəbul edilib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info