“Sonradan bildik ki, Taleh Bağırovun məqsədi təxribat olub“
Tarix: 15.11.2016 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesdə şahid qismində ifadə verən Hüseynbala Mehdiyev bildirib ki, F. Qəhrəmanlının sosial şəbəkədə yazdığı statusa şərh yazdığı üçün istintaqa çağırılaraq ifadə verib.
Bildirib ki, ondan Taleh Bağırovu tanıyıb-tanımadığını soruşublar, o da tanımadığını deyib. Fuad Qəhrəmanlının hansı statusuna nə şərh yazdığını isə xatırlamadığını bildirib: "Mən hər şeyin seçki ilə olmasının, seçkiyə vətəndaşların getməsinin tərəfdarıyam və bu mənim mövqeyimdir. İfadə verən zaman mənimlə çox yaxşı rəftar etdilər. Sonra dedilər ki, oxu və imzala. Lakin eynəyim evdə qaldığı üçün oxuya bilmədim və imzaladım". Şahid həmin hadisədən sonra heç bir statusa şərh yazmadığını da deyib. Daha sonra şahid qismində Nardaran sakini Xəqani Dadaşov ifadə verib. Balıq alveri ilə məşğul olduğunu deyən şahid Nardaran qəsəbəsində baş verən hadisədən telefonla xəbər tutduğunu deyib. Vəkillər onun ifadələrində ziddiyyət olduğunu deyib, ifadəsinin elan edilməsini istəyiblər. Bundan sonra onun ifadəsi elan edilib. O, ifadəsində deyib ki, Taleh Bağırov hər kəsi silahlanmağa və dövlətə qarşı qalxmağa səsləyib: "Deyirdi ki, dini dövlət qurmaq lazımdır. "Müsəlman Birliyi Hərəkatı"nın üzvü kimi mənə vəsiqə vermişdilər. Biz elə bilirdik ki, Taleh Bağırov bunu dini təbliğat və bizim yaxşılığımız üçün edir. Sonradan bildik ki, onun məqsədi təxribat və bizi Prezidentə qarşı qaldırmaq olub. Taleh Bağırov və ətrafındakıların pis niyyətlərini anladığım üçün vəsiqəni cırıb atdım, onlardan uzaqlaşdım. Ötən il noyabrın 25-də Əbülfəz Bünyatovun evinin yanından keçəndə gördüm ki, silah və partlayıcı maddələr yığırlar. Deyirdilər ki, polislər kəndə gələndə hücum edəcəklər. Sonra eşitdim ki, Talehin adamları polisləri öldürüblər". Daha sonra hakim bildirib ki, "Müsəlman Birliyi Hərəkatı"nın sədri Taleh Bağırovun müraciət kitabçasının alınması üçün istintaq orqanına göndərdikləri sorğuya cavab olaraq həmin kitabça məhkəməyə təqdim edilib. O, vəkillərin istədikləri vaxt onunla tanış ola biləcəklərini deyib.
Prosesdə fasilə elan edilib. Fasilədən sonra davam edən iclasda hakim bildirib ki, şahidlərdən Sərdar Bünyadov və daha bir neçə nəfər məhkəməyə müraciət edərək istintaqa verdikləri ifadəni təsdiq etdiklərini, iclasa gəlmək istəmədiklərini bildiriblər. T.Bağırov isə onların dindirilməsini istəyib.
Təqsirləndirilən Aqil İsmayılovun vəkili onun gözündə problem olduğunu, yeni eynək təyin olunmasının vacibliyini deyib. O, həkim tərəfindən A. İsmayılova yeni eynək təyin edilməsini istəyib. Hakim bildirib ki, həmin həkimin ad və soyadını məhkəməyə təqdim etsələr, onun istintaq təcridxanasına buraxılmasına şərait yaradılacaq. Daha sonra hakim şahidlərin məhkəməyə gəlmədiklərini bildirib və buna görə iclas noyabrın 16-na təxirə salınıb.
Rasim




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Bu müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər
20.04.2019
Qırğızıstanda türk dövlətlərinin etnofestivalı keçirilib
20.04.2019
Azərbaycan startap-ekosistem reytinqində mövqeyini yaxşılaşdırıb
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10755

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info