“İran Azərbaycanda xəstəxana və əczaçılıq zavodu tikmək niyyətindədir”
Tarix: 15.11.2016 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


“İran ilə Azərbaycan arasında mövcud olan mədəni, tarixi və dini ortaqlıq iki ölkənin iqtisadi əlaqələrinin inkişafına təkan verir”.
Bu sözləri İranın Azərbaycandakı yeni səfiri Cavad Cahangirzadə yerli mətbuata verdiyi açıqlamasında deyib. Ölkələrimiz arasında çox müsbət siyasi mühit formalaşdığını bildirən səfir vurğulayıb ki, iqtisadiyyatın dövlət və özəl sektorun nümayəndələri bundan istifadə edib qarşılıqlı sərmayə yatırımlarını həyata keçirə bilərlər. Sərhədyanı rayonlarda kənd təsərrüfatı və ticarət əlaqələrini daha da inkişaf etdirmək olar. Bunun üçün qarşılıqlı səfərlər edib potensialı öyrənmək kifayətdir. Diplomat nəzərə çatdırıb ki, İran Azərbaycanda xəstəxana və əczaçılıq zavodu tikmək niyyətindədir. Bu barədə artıq razılıq əldə olunub və yaxın zamanlarda işə başlanacaq. C. Cahangirzadə tikilməkdə olan Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu xətti haqqında da danışaraq deyib ki, bu yol hər iki ölkənin iqtisadi inkişafında mühüm rol oynayacaq.




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
Zaltsburqda Azərbaycanın fəxri konsulluğunun açılışı olub
13.11.2019
Ankarada geniş bir ərazidə Xocalı parkı salınır
13.11.2019
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ-a səfərə gedib
13.11.2019
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Lavrovun fikirləri ilə bağlı bəyanat yayıb
12.11.2019
Sifarişlə yazılan statuslar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info