AXCP Müsavatı gözdən salmaq kampaniyası aparır
Tarix: 01.04.2013 | Saat: 23:14:00 | E-mail | Çapa göndər


Müxalifət düşərgəsində qarşılıqlı ittiham və təhqirlərlə müşayiət olunan çəkişmələr səngimək bilmir. Çəkişmə artıq məhdud dariədən çıxıb. Bir-birini həzm edə bilməyən müxalifət partiyaları özlərinə bağlı qəzetlərdə də “gözdənsalma” kampaniyasına start veriblər. Belə ki, AXCP-nin mətbu orqanı olan “Azadlıq” qəzeti “Rəsul Quliyev ə Müsavat arasında qalmaqal böyüyür”, “REAL-la Yeni Müsavat arasında qalmaqal” başlığı altında bu çəkişmələrə geniş yer ayırıb. Burada tərəflərin qarşılıqlı ittihamı öz əksini tapıb.
Bəs bu çəkişmələri açıb göstərməklə AXCP hansı məqsədi güdür? AXCP bunu etməklə özünü müxalifətin lideri kimi qələmə vermək və müxalifət düşərgəsində partiyalar arasında olan çəkişmələrdən kənarda olduğunu göstərmək istəyir. Həm də bu, AXCP-nin digər partiyaları nüfuzdan salma kampaniyasıdır. Eyni zamanda AXCP bu partiyalar arasında çəkişmənin daha da kəskinləşməsində maraqlıdır. Çünki belə olacağı təqdirdə həmin partiyaların seçicilərindən məhrum olacaqlarına ümid edirlər. Göründüyü kimi, bu müxalifət partiyalarının vahid şəkildə prezident seçkilərində iştirak etməklə bağlı verdikləri bəyanatdan çox uzaqdır. Müxalifət düşərgəsində “elektorat ovu”nu AXCP-dən başqa digər partiya və birliklər də gündəlik fəaliyyətlərinin bir parçasına çeviriblər. ACP-nin lideri Sülhəddin Əkbərin EL hərəkatı haqqında Yeni Müsavat qəzetinə verdiyi son açıqlama bizə bunu deməyə əsas verir. Belə ki, Sülhəddin Əkbər qeyd edib ki, EL hərəkatı yarananda öz sıralarına siyasətdən uzaq insanları, yeni simaları qatacaqlarını bəyan ediblər. İndi isə digər partiyalara qarmaq atırlar. O, hərəkatın siyasətlə məşğul olan adamları sıralarına daxil edərək öz fəaliyyətini davam etdirməsini uğursuz hesab edir. Eyni zamanda ACP daxilində Rəsul Quliyevə qarşı da antipatiya yaranıb. Bu da Rəsul Quliyevin müxalifət düşərgəsindəki partiyalara qarşı səsləndirdiyi sərt ittihamlarla bağlıdır. Bununla yanaşı, partiya üzvləri Rəsul Quliyevin ötən il yeni hərəkata başlamaq və hakimiyyəti silkələyəcək addımlar atacağı barədə verdiyi vədlərin həmişə olduğu kimi, yenə boşa çıxması partiya üzvlərinin ona olan etimadını sarsıdıb. Partiya üzvləri Rəsul Quliyevin onları aldatdığını və digər müxalifət partiyalarına qarşı mübarizə aparmaq üçün onlardan istifadə etdiyini başa düşüb. Bu ACP-nin üzvlərinin partiyanı tərk etməsi prosesinə təkan verib. Sülhəddin Əkbər yarandığı 2007-ci ildən etibarən partiyanın faktiki olaraq heç bir fəaliyyət göstərmədiyini, yalnız son dövrlərdə partiyanın fəaliyyətində aktivlik müşahidə olduğunu deyib.
Bütün bunlardan göründüyü kimi, müxalifət partiyaları arasında münasibətlər səmimiyyətə yox, onların maraqlarına dayanır. Partiyalar arasında mövcud olan bu qeyri-səmimi münasibət partiyaların daxilinə də sirayət edib. Partiyaların daxilində də çəkişmələr, ziddiyyətlər mövcuddur. Artıq müxalifətin düşdüyü bu acınacaqlı vəziyyət onların özlərini də müxalifətdə Azərbaycanı idarə edə biləcək liderin olmadığını etiraf etməyə məcbur edib. Son dövrdə Rəsul Quliyevin, AMİP-in sədri Yusif Bağırzadənin verdiyi açıqlamalar bunu bir daha təsdiq edir. Müxalifət düşərgəsində baş verən son hadisələrdən partiya maraqlarını bir kənara qoyub birləşə bilməyən müxalifət partiyalarının hakimiyyətə gələcəkləri təqdirdə Azərbaycanı uçuruma aparacaqları nəticəsini çıxarmaq mümkündür. Xalq qarşısında çıxış etmək üçün axırıncı prezident seçkilərindən keçən dövr ərzində heç bir proqram ortaya qoya bilməyən müxalifət partiyaları artıq prezident seçkilərində məğlub olub desək, yanılmarıq. Çünki bu partiyalar arasında və partiyaların daxilində gedən çəkişmələr açıq-aydın şəkildə xalqın gözü qarşısında gedir və xalq öz gələcəyini, Azərbaycan dövlətinin gələcəyini bu cür daxilində çəkişmələrin, ziddiyyətlərin baş alıb getdiyi partiyalara həvalə edə bilməz və həvalə etməyəcək.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib
20.11.2018
Belarus KİV-ləri: “Azərbaycan Prezidentinin səfəri strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info