İqor Dodon Moldova prezidenti seçilib
Tarix: 15.11.2016 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


Rusiya yönümlü namizəd İqor Dodon Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib. Səslərin 52.37 faizini qazanan Dodon Rusiya ilə sıx əlaqələri bərpa etmək istəyir.
Onun rəqibi avropapərəst Mayya Sandu isə səsin 47.63 faizini qazanıb. Moldovada 20 il ərzində ilk dəfə səsəvermə ilə birbaşa prezident seçilir. 1996-cı ildən Moldova prezidentləri parlament tərəfindən seçilib. Seçki, demək olar ki, Rusiya ilə daha sıx əlaqələrin tərəfdarları ilə Avropa İttifaqı ilə inteqrasiya istəyənlər arasında rəqabət şəraitində keçib. Sosialistlər Partiyasının sədri olan İqor Dodon seçkilərin birinci turunda olduğu kimi, ikinci turda da Qaqauziyada şəksiz (99 faizdən çox) dəstək qazanıb. Bundan əlavə, o, Moldovanın şimal rayonlarının əksəriyyətində Mayya Sandunu xeyli qabaqlayıb. Dodon seçkilərin yekunlarına həsr edilmiş mətbuat konfransında ölkənin bütün sakinlərinin prezidenti olacağını vəd edib. O deyib: “Mənim əleyhimə səs verənlərin də hamısına hörmət edirəm. Mən bütün seçicilərin arzularını nəzərə alacağam və siz bunu hiss edəcəksiniz”. Dodon M.Sanduya təklif edib ki, “bundan sonra nələr olacağını” müzakirə etmək üçün görüşmək lazımdır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Ermənilər ayağa qalxdı: Sərkisyan bundan daha yaxşı idi
22.02.2019
Yerevanda taksi sürücüləri aksiya keçirib
22.02.2019
Moldova dövlət başçısına sui-qəsd təşkil ediləcək
22.02.2019
Ermənistanda intihara cəhd halları 20 faiz artıb
22.02.2019
Peskov: “KTMT-yə üzv dövlətlər arasında müəyyən fikir ayrılıqları var”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info