On səkkiz yaşı tamam olmayanlara spirtli içkilərdən istifadə qadağan ediləcək
Tarix: 15.11.2016 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Azərbaycanda 18 yaşı tamam olmayan şəxslərə spirtli içkilərdən, tütün məmulatlarından istifadə qadağan edilir. Bu kateqoriyadan olan şəxslərə bu məmulatların satışına, eləcə də onların şans və mərc oyunlarında iştirakına, saat 20:00-dan sonra gecə klublarına, barlara buraxılmasına da qadağa qoyulur.
Milli Məclisin Gənclər və idman komitəsinin iclasında bununla bağlı “Gənclər siyasəti haqqında” qanuna əlavələr müzakirəyə çıxarılıb.
Əlavələrə əsasən qanuna 5.6 maddəsi əlavə edilir və maddədə göstərilir ki, 18 yaşı tamam olmayan gənclərə tütün məmulatlarının, spirtli içkilərin satışı və bu məhsullardan istifadə qadağan edilir. Qeyd olunan yaş kateqoriyasına qədər olan gənclərə şans və mərc oyunlarında birbaşa və ya dolayı yolla iştirak da yasaqlanır. Maddənin digər bəndində isə göstərilir ki, himayəsində olduğu şəxslərdən ən azı birinin iştirakı olmadan saat 20:00-dan sonra bar, diskoteka və gecə klublarında iştirak da qadağandır.
Layihənin ictimai müzakirələri davam edib. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
DSMF-də müşavirə keçirilib
22.05.2019
Yükdaşıma və Logistika şirkətində vakansiya
22.05.2019
“Sumgait Technologies Park” işçi axtarır
21.05.2019
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni Qəbul Mərkəzi istifadəyə verilib
20.05.2019
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə dərin narahatlıq hissi yaradıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info