“Yeni formatlar yalnız müxalifətdaxili ziddiyyətləri artırır”
Tarix: 01.04.2013 | Saat: 23:16:00 | E-mail | Çapa göndər


ADP sədri Sərdar Cəlaloğlu, “Ümid” sədri İqbal Ağazadə, Xalq Partiyasının sədri Pənah Hüseyn yeni format yaratmaq istəyirlər

Oktyabr ayında keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca süst müxalifət düşərgəsində müəyyən dərəcədə canlanma hiss edilməkdədir. Belə ki, düşərgədə bir-birilərinə zidd tərəflər müxtəlif formatlarda təmsil olunmağa, müxtəlif birliklər yaratmağa cəhd edirlər.
Son günlər yeni bir format yaratmaq niyyətini ortaya qoyan partiya başçıları isə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, Xalq Partiyasının sədri Pənah Hüseyndir. Belə ki, bu qurumlar yeni “restoran formatı” ərsəyə gətirmək üçün əvvəl “Şuşa”, sonra isə “Liman” restoranlarında bir araya gəliblər. Media bu görüşü yazaraq qeyd edib ki, həmin partiyalar yeni bir format yaratmaq ərəfəsindədirlər. Qeyd edilir ki, onların yeni bir qurum yaratması ilə bağlı danışıqlar gedir. Bunun detalları barədə hələlik heç kimdə məlumat yoxdur. Amma həmin başçılardan ADP sədri Sərdar Cəlaloğlu qeyd edib ki, “siyasi partiyalarla bağlı ciddi təşəbbüslər var. Bu təşəbbüslər müxtəlif tərəflərdən gəlir”. Burada söhbət düşərgədə təmsil olunan bir qisim siyasi partiyanı öz tərəfinə çəkməkdən gedir. Bu məsələdə ona da fikir verilməlidir ki,bu yeni formatın yaranmasında iştirak edən başçılar müxalifətdə artıq formalaşmış formatlarda mövqe qazanmamış, yaxud digərləri tərəfindən “başa keçməyə” imkan verilməmiş müxaliflərdir. Məsələn, Müsavatla indiyə qədər münasibətləri isti olan, “ictimai palata”da təmsil olunan Pənah Hüseyn son zamanlarda Müsavatda bir mövqe qazanmasına, söz sahibi olmasına imkan verilmədiyini görüb, çoxdan unutduğu Xalq Partiyasının başına keçməyə yenidən qərar verdi. Bu, onu göstərir ki, müxalif başçılar şəxsi ambisiyalarını reallaşdırmaq üçün “mən də varam” prinsipindən yararlanmağa çalışır. Pənah Hüseynin bu yeni formatda iştirakı da onu təsdiq edir ki, o, Müsavat və “ictimai palata”nı özü üçün perspektivsiz görməyə başlayıb. Ona görə də özünün söz sahibi ola biləcəyi yeni bir formatın ərsəyə gəlməsində təşəbbüs göstərir.
Eləcə də ADP sədri Sərdar Cəlaloğlu “ictimai palata” və eləcə də “El”, həmçinin yaradılacağı deyilən “milli şura” adlı qurumlarla ziddiyyətləri olan müxalif partiya başçısıdır. Bu baxımdan onun tamamilə ayrı və yeni bir formatda seçki ərəfəsi təşkilatlanması gözləniləndir və bu, onun açıqlamasından da açıq görünür. Beləliklə, artıq müxalifətdə adlarıçəkilən qurumlarla ziddiyyətləri olacaq yeni bir formatın yaradılması gözlənilir. Bu isə düşərgədaxili ziddiyyətlərin yeni müstəvidə davam etdirilməsinə zəmin yaradır.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Yurddaş Partiyasının sədri Mais Səfərli belə bildirdi: “Seçki ilə bağlı müəyyən formatların yaranması demokratik cəmiyyət üçün normal haldır. Amma söhbət ondan gedir ki, öz namizədliklərini irəli sürən müxalif namizədlər kimlərdir? 20 ildir ki, onlar müxalifətçilik edirlər, hələ də ictimai-siyasi şüur baxımından yeniləşə bilmirlər, inkişaf etmirlər və heç bir siyasi nəticə əldə edə bilməyiblər. Bu liderlər artıq çoxdan köhnəlməkdə olan liderlərdir. Ona görə də hər hansı siyasi fəaliyyətləri heç bir uğura gətirib çıxarmır. Xalq arasında tanınmırlar, heç bir nüfuzları yoxdur. Bu baxımdan düşünürəm ki, onların hamısının seçki ərəfəsində atdıqları addımlar nəticəsiz qalacaq”.
Yurddaş Partiyasının sədri qeyd etdi ki, müxalifətdə yeni formatlar yalnız müxalifətdaxili ziddiyyətlərin artması ilə nəticələnir: “Bu baxımdan onu da demək olar ki, müxalifətdəki qüvvələr və ayrı-ayrı formatlar seçki ilə bağlı vahid mövqedən çıxış etmək iqtidarında deyillər. Onların bu barədə heç bir anlaşması yoxdur və ola da bilməz. Çünki başçılar bir-birilərini qəbul etmirlər. Hətta bir blokda və ya birlikdə təmsil olunan başçılar belə, əslində bir-birilərininm real rəqibləridir”. M.Səfərli qeyd etdi ki, müxalifət hamısı bir yerdə olsa belə, yenə də seçkidə heç bir uğur qazana bilməz: “Çünki toplananların yerini dəyişəndə cəm dəyişmir. Müxalifətin cəmiyyətdə heç bir reytinqi yoxdur. Seçkidə onlar qalibiyyətə yox, uzaqbaşı, İlham Əliyevdən sonra cüzi faizlər uğrunda və “ana müxalifətçilik” üstündə bir-biriləri ilə çəkişmələrə ümid edə bilərlər”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info