Səfir Oklahoma ştatının rəhbərliyi ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Tarix: 15.11.2016 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Noyabrın 14-də Azərbaycanın ABŞ-dakı səfiri Elin Suleymanov səfirliyin əməkdaşları ilə birlikdə Oklahoma ştatına səfər edib.
 
Səfirlikdən verilən məlumata görə, səfir ştatının vitse-qubernatoru Todd Lamb, senator Ceyms Lankford, Oklahoma Milli Qvardiyasının komandanı, general Robbi Aşer və digər ştat rəsmiləri ilə görüşlər keçirib.
 
Vitse-qubernator Todd Lamb ilə görüş zamanı tərəflər Oklahoma ştatının Azərbaycan-ABŞ əməkdaşlığının genişlənməsi və dərinləşməsində xüsusi rolunu qeyd ediblər. Görüşdə Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələri və Oklahoma Milli Qvardiyası arasında həyata keçirilən hərbi əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub.
 
ABŞ Senatında Respublikaçılar Partiyasını təmsil edən C. Lankfordla görüş zamanı E. Süleymanov Azərbaycan-ABŞ münasibətlərinin inkişafı perspektivlərini müzakirə edib və regional məsələlərə dair fikir mübadiləsi aparıb.
 
Səfir Oklahoma Universitetinin rəhbərliyi və müəllim heyəti ilə keçirilmiş dəyirmi masada Azərbaycanın apardığı siyasət, Azərbaycan-ABŞ əməkdaşlığının cari vəziyyəti və perspektivləri barədə məlumat verib.
 
Oklahomaya səfəri çərçivəsində səfirliyin nümayəndə heyəti “General Elektric” şirkətinin Qlobal Araşdırma Mərkəzini də ziyarət edib və burada enerji sahəsində aparılan elmi tədqiqatların nailiyyətləri ilə tanış olub.
 
Qeyd edək ki, Oklahoma ştatı Azərbaycanın ABŞ-la əməkdaşlığında, xüsusilə də hərbi sahədə əlaqələrinin inkişafı sahəsində aparıcı rol oynayır. Bu ştat Xocalı soyqırımını tanıyıb, habelə 2002-ci ildən Dövlət Tərəfdaşlığı Proqramı çərçivəsində Oklahomanın Milli Qvardiyası Azərbaycan Silahlı Qüvvələri  ilə sıx əməkdaşlıq edir. 
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info