“TRT 1-lə bağlı məsələ həllini tapacaq”
Tarix: 15.11.2016 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


“Türkiyənin TRT 1 telekanalının Bakı və Abşeron yarımadasında açıq yayımda bərpası üçün danışıqlar aparılır, bu məsələ həllini tapacaq”.
 
Bunu  Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
 
O bildirib ki, Azərbaycan telekanalları üçün mövcud olan şərtlər TRT 1 üçün də tətbiq edilə bilər: “Sadəcə TRT 1-in rəqəmli formatda yayımı üçün Teleradio İstehsalat Birliyi ilə müqavilə imzalanmalı, şərtlər yerinə yetirilməlidir. Teleradio İstehsalat Birliyi bu haqda TİKA-ya əvvəlcədən məlumat vermişdi. Əgər müqavilə bağlanmasa, onların razılığı olmadan biz onların yayımını necə həyata keçirə bilərik?!”
 
Qeyd edək, TRT 1 telekanalının rəqəmli yayım üzrə müqaviləsi olmadığına görə noyabrın 1-dən Bakı və Abşeron yarımadasında yayımı dayandırılıb.
 
Xatırladaq ki, TRT 1 Azərbaycan və Türkiyə hökumətlərarası müqaviləsinə uyğun olaraq Radiotezliklər üzrə Dövlət Komissiyasının 8 dekabr 1995-ci il tarixli razılığı əsasında yayımlanır. Noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb, Bakı şəhəri və Abşeron yarımadasında yalnız rəqəmli TV yayımı həyata keçirilir. Növbəti mərhələdə - 1 dekabr 2016-cı il tarixindən isə bütün ölkə üzrə analoq TV yayımı dayandırılacaq.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info